Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

Bakı Avropa Liseyində “Sİ Laboratoriyası: Sİ tədqiq edək” layihəsinə start verilib

Noyabrın 28-də Bakı Avropa Liseyində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olmuş “Sİ laboratoriyası: Sİ tədqiq edək” adlı layihənin açılış mərasimi keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd - şagird, müəllim və valideynlərə süni intellekt və ondan istifadə imkanları haqqında məlumat vermək, tədris fəaliyyətində onun tətbiqinə şərait yaratmaq və bununla bağlı layihə iştirakçılarını istiqamətləndirməkdən ibarətdir.

"Sİ Laboratoriyası" layihəsi 6 ay müddətində həyata keçiriləcək. Layihənin iştirakçıları Bakı Avropa Liseyi və Xəzər rayonu 136 nömrəli tam orta məktəbin 10-15 yaşlı şagirdləri olacaq. Proqram universal öyrənmə bacarıqlarının inkişafına kömək edəcək, yeni nəsli rəqəmsal gələcəyə hazırlayacaq. Müəllim və valideynlər üçün isə süni intellektdən (Sİ) maksimum faydalanmaq və şagirdləri müəyyən risklərdən qorumaq üzrə təlimlər keçiriləcək.

Açılış mərasimində Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova qonaqlara gələcəyin təhsil modellərindən, layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi.

Sonra liseyin şagirdləri “Süni intellekt nədir?” və süni intellektin tarixi haqqında interaktiv təqdimatlar etdilər. Tədbirin qonaqlarına İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə liseydəki İKT üzrə innovasiyalarından, STEAM mərkəzinın fəaliyyəti və uğurlarından məlumat verdi. SAF 25 yarışında iştirak etmiş şagirdlər və onların mentorları tədbir iştirakçıları tərəfindən alqışlandı. Sonra “Biz və robotlar” rəqsi nümayiş olundu və rəqs zamanı şagirdlər tərəfindən hazırlanmış mühüm layihələrin robot nümunələri göstərildi.Sonra təhsildə süni intellektin əsas trendləri haqqında video göstərildi və bu videonun ərsəyə gəlməsində Sİ ilə keçirilən ilk eksperimenti təqdim edərək Sİ-in müəyyən olunmuş müsbət və mənfi cəhətləri haqqında liseyin direktoru iştirakçıları tanış etdi. Layihənin müəllimi Mətanət Əhədova və valideyni İradə İsayeva Sİ-in öyranmə və düzgün istifadə etməyini öyrənmək əhəmiyyətini açıqladılar.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev, Milli Məclisin deputatları Gülşən Paşayeva və Ceyhun Məmmədov öz çıxışlarında layihənin əhəmiyyətini qeyd etdilər. Layihənin tərəfdaşları olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) - nin rəhbəri Fariz Cəfərov Sİ sahəsində respublikada əldə olunan nailiyyətlər haqqında çıxış etdi. Xəzər rayonu 136 nömrəli tam orta məktəbinin direktoru Aysel Şərbətova layihədə iştirakının vacib olduğunu vurğuladı.

Tədbirdən sonra qonaqlar liseyin “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi tərəfindən hazırlanmış “Futuroloji memarlıq” sərgisi ilə də tanış oldular.

Oxşar xəbərlər

Bütün xəbərlər