Xəbər lentiwidget-title-icon

"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür
Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir

Deputat: Azərbaycanda erməni dilinin tədrisinə başlanılmalıdır

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

Belə ki, proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Maraqlıdır, gələcəkdə Azərbaycanın orta ümumi təhsil müəssisələrində erməni dilinin tədrisi ola bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov qeyd edib ki, Ermənistanda uzun illərdir ki, həm Azərbaycanın, həm də Türkiyə dövlətinin öyrənilməsiylə bağlı işlər gedir:“Onlar davamlı şəkildə bu sahədə mütəxəssislər yetişdirirlər və eyni zamanda bizdə gedən prosesləri öyrənməyə də maraqlıdırlar. Buna görə də Azərbaycanı mütəmadi şəkildə təhlil edirlər.

Son vaxtlar yayılan məlumatlara əsasən, artıq üç məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılıb. Hesab edirəm ki, biz də bu istiqamətdə addımlar atmalıyıq. Ermənistanı ciddi şəkildə öyrənmək vacibdir. Hazırda bəzi mərkəzlər və qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər, lakin düşünürəm ki, ali məktəblərdə erməni dilinin tədrisinə başlanmalı, eyni zamanda bir neçə ümumtəhsil məktəbində də bu prosesə start verilməlidir.

Hazırda sülh prosesi davam etsə də, biz qonşu ölkələrik. Ermənistan bu gün bizimlə yalnız güclü olduğumuz üçün hesablaşır. Lakin bu ölkə həmişə Azərbaycanla bağlı proseslərdə maraqlı olacaq. Buna görə də gecikmədən bu sahədə fəaliyyətə başlamaq lazımdır.

Bu istiqamətdə bir neçə paralel iş aparılmalıdır: ilk növbədə Ermənistanın dərindən araşdırılması - onun tarixi, ədəbiyyatı və digər sahələri öyrənilməlidir. Eyni zamanda erməni dilini bilən mütəxəssislərin hazırlanmasına ehtiyac var.

Bəzən belə yanlış düşüncə formalaşır ki, Ermənistan düşməndir və onun dilini öyrənməyə ehtiyac yoxdur. Halbuki əslində, düşmənin dilini bilmək zəruridir. Mən burada keçmişdən danışıram, çünki biz hazırda sülh dövrünə qədəm qoymuşuq və bu istiqamətdə addımlar atırıq.

Düşünürəm ki, gecikmədən və operativ şəkildə bu prosesi başlatmaq lazımdır. Bir neçə məktəbdə erməni dilinin tədrisinə başlanıla bilər. Bu, kütləvi şəkildə deyil, müəyyən sayda mütəxəssis hazırlığı səviyyəsində həyata keçirilsə, ölkəmiz üçün ciddi töhfə ola bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər