Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya çap olunub

Türk düşüncəsinin xəzinəsi dünyaya açılır. Azərbaycan və Türkiyə alimlərinin hazırladığı, Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınskinin həmmüəllif olduğu “Ortaq kimlik və fəlsəfi irs: Türk mədəniyyətində düşüncə tarixi” adlı yeni monoqrafiya işıq üzü görüb.

Azərbaycan və Türkiyənin tanınmış alimləri tərəfindən ingilis dilində hazırlanmış monoqrafiya Türkiyədə nəşr olunub. Əsər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə ərsəyə gətirilib ki, bu da onun elmi etibarlılığını və strateji əhəmiyyətini daha da artırır.

Monoqrafiya türk xalqlarının minilliklər boyu inkişaf etmiş fəlsəfə tarixini, görkəmli filosoflarını və əsas intellektual meyilləri sistemli şəkildə təqdim edən ilk fundamental araşdırmalardan biridir. Əsər qədim dövrlərdən başlayaraq türk cəmiyyətlərində formalaşmış ilkin fəlsəfi baxışların, kainat, həyat, ölüm, təbiət və insan haqqında təsəvvürlərin elmi təhlilini verir. Kitabda türk filosoflarının portret-esselərinin təqdim olunması, onların ideyalarının və elmi xidmətlərinin geniş şəkildə şərh edilməsi əsərin həm elmi, həm də maarifləndirici dəyərini artırır. Bu yanaşma türk dünyasının ortaq intellektual irsinin yalnız tarixi fakt kimi deyil, həm də müasir elmi diskursun bir parçası kimi öyrənilməsinə imkan yaradır.

Monoqrafiyanın tarixi əhəmiyyəti ondan ibarətdir ki, əsər türk xalqlarının birgə keçmişinə, ortaq mədəniyyətinə və intellektual irsinə nəzər salmaqla onların tarixi yaddaşını möhkəmləndirir. Bu kitab həm də milli kimliyin formalaşmasında fəlsəfi düşüncənin rolunu aydın şəkildə ortaya qoyur və türk xalqlarının ortaq köklərinin sistemləşdirilməsinə mühüm töhfə verir.

Əsərin siyasi əhəmiyyəti isə müasir dövrdə daha qabarıq görünür. Azərbaycanın müstəqillik dövründə türk dünyası ilə elmi və mədəni əlaqələrin güclənməsi, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyi istiqamətində həyata keçirdiyi strateji siyasət və Qarabağ Zəfəri sonrası türk kimliyində baş verən milli oyanış bu monoqrafiyanın meydana gəlməsində əsas ilham mənbələrindən biri olub. Kitabın məhz Türkiyədə nəşr olunması isə onun həm elmi nüfuzunu artırır, həm də türk dünyasının intellektual inteqrasiyasına xidmət edən simvolik bir hadisə kimi dəyərləndirilir. Bu, iki qardaş ölkənin elm və mədəniyyət sahəsindəki birliyinin bariz göstəricisidir.

Xüsusilə vurğulamaq lazımdır ki, monoqrafiyanın ingilis dilində hazırlanması həm onun beynəlxalq elmi mühitə çıxışını təmin edir, həm də türk fəlsəfi irsinin qlobal miqyasda tanıdılmasına imkan yaradır. Beləliklə, əsər yalnız türk dünyasının daxilində deyil, www.au.edu.az Tel.: (+99412) 4314112/13/16 (133), (+994) 552204058

Avropa, Amerika və Asiyanın akademik dairələrində də maraq doğuracaq, müqayisəli fəlsəfə, mədəniyyətlərarası dialoq və sivilizasiyalararası münasibətlər sahəsində mühüm istinad mənbəyinə çevriləcəkdir. Bu, həm də türk xalqlarının zəngin fəlsəfi və mədəni irsinin dünyada obyektiv təqdim olunmasına xidmət edir.

Monoqrafiya yalnız elmi mühit üçün deyil, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş fundamental mənbədir. O, türk fəlsəfi irsinin sistemli şəkildə öyrənilməsi ilə
yanaşı, ortaq türk mədəniyyətinin, etnik və intellektual köklərinin anlaşılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm bir vasitədir. Bu əsər, həm akademik tədqiqatlarda, həm də türk dünyasının ortaq kimliyinin ideoloji əsaslarının möhkəmlənməsində strateji dəyər daşıyır.

Nəticə etibarilə, “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyası yalnız elmi araşdırma deyil, həm də türk dünyasının mədəni və
intellektual birliyini möhkəmləndirən mühüm hadisədir.

Qeyd edək ki, müəlliflər sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, diplomat Alptekin Cihangir İşbilir də var.

Oxşar xəbərlər

Bütün xəbərlər