Xəbər lentiwidget-title-icon

"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu
Nazir müavini “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılışında iştirak edib
Təhsil silahdır, baxır kimin əlindədir – Dosent İlham Əhmədov
Yeni İnstitutlar: Elmi İnkişaf, yoxsa "Büdcə Tələsi"?
Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi – elmi konfrans
BDU-nun tələbə və məzunları ədliyyə orqanlarında karyera imkanları ilə bağlı məlumatlandırılıb

Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...

Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb. O bildirib ki, vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələri hiss olunmaqdadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında fəlsəfə doktoru, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, sertifikasiya imtahanında kollec məzunu olan müəllimlərin zəif nəticə göstərmələri faktdır:

"Bu, bir daha onu göstərir ki, zamanında kolleclərdə olan qeyri-sağlam mühit və eyni zamanda kolleclərə qəbul zamanı yaşanan qanunsuzluqlar və təsadüfi adamların qəbulu nəticəsində "təhsil almaları", eyni zamanda həmin məzunların orta məktəbdə vəzifələri zəbt etmələri halları var.

Bütün bunlar onu göstərir ki, əslində sertifikasiya prosesi çox doğru yanaşma oldu. Bu onu göstərir ki, biz məktəblərdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istəyiriksə, müəllimlərə münasibəti sağlam qurmalıyıq. Sertifikasiyada zəif olanların nəticəsində, əslində, təhsilimizin bugünkü vəziyyəti belədir. Kollec müəllimlərinin zəif bal toplaması da gözlənilən idi".

O, qeyd etdi ki, biz təhsilimizi beynəlxalq standartlara çatdırmaq və eyni zamanda cəmiyyət üçün keyfiyyətli təhsil istəyirik:

"Bütövlükdə sertifikasiya imtahanlarında dəstəyin olması çox önəmlidir. Biz bir tərəfdən istəyirik ki, məktəbdə tədris keyfiyyətli olsun, digər tərəfdən isə bəzən görürük ki, sertifikasiyanı qaralamağa çalışan cəmiyyətin fərqli üzvləri sanki müəllimlərin himayədarları kimi özlərini təqdim edirlər. Bir mənalı olaraq təbii ki, biz beynəlxalq səviyyədə orta məktəb təhsilimizi inkişaf etdirmək istəyirik. Buna görə də müəllimlərə tətbiq olunan bu prosesə mütləq şəkildə dəstək ifadə etməliyik. Mən açığı o fikirdəyəm ki, ümumiyyətlə gələcəkdə elə olmalıdır ki, orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmuş olsun. Daha dərinləşmiş biliklərə sahib olsunlar və onları orta məktəbə daşıya bilsinlər.

Bu baxımdan, çox ürəkağrıdırıcıdır ki, Astaradakı xarici dil müəllimlərinin göstəriciləri çox biabırçıdır. Səbəb? Səbəb odur ki, zamanında boşluqlar olub. Bəzi adamlar sadəcə təhsili rüşvət məkanına çevirib, bazara döndəriblər. Onun nəticələrini biz bu gün hiss edirik və zaman-zaman deyirik ki, nəyə görə bizim orta məktəb təhsilimiz acınacaqlıdır. Səbəbləri elə bunlardır: keyfiyyətsiz müəllimin keyfiyyətsiz təhsili və təhsildən xəbəri olmayanların məktəbə ayaq açmasıdır".

Müsahibimiz hesab edir ki, sertifikasiya imtahanı çox doğru yanaşmadır.

"Mən bunu təqdir edirəm. Daha da dərinləşməsinin tərəfdarıyam. Bizim, ümumiyyətlə, kimisə qaralamaq, işdən çıxarmaq məqsədimiz yoxdur. Məqsəd və hədəf təhsilin keyfiyyətini artırmaqdır.

Bu məsələnin özəyində saxta diplom alıb, onu qanunsuz şəkildə təsdiq edən insanlar olub. Mən səmimi deyim ki, rüşvətxorluq bu cəmiyyətə virus kimi yayılıb. Mən müəllimlərin fəaliyyətinə kölgə salmaqdan uzağam, çünki mənim özümün də ixtisasım müəllimlik olub.

Təkcə bu kolleclərlə də bitmir hələ. Universitetlərdə də nə biabırçılıqlar olurdu. Məktəb səviyyəsində bilikləri olan adamların diplomları olurdu, onlar diplom alıb məktəblərdə işləyirdilər. Bunlar hamısı düşündürücüdür. İndi isə təhsil sahəsini bu viruslardan təmizləmək lazımdır", - deyə İlqar Orucov bildirdi.

Oxşar xəbərlər

Bütün xəbərlər