Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Qarabağ Universitetinin tələbələri Milli Məclisdə - FOTOLAR

Qarabağ Universitetinin tələbələri Milli Məclisdə - FOTOLAR

Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, konstitusion quruluşunun bərqərar olunmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət edilən təqdimat nümayiş olunub.

Azərbaycanın konstitusiya quruculuğunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vurğulanaraq, onun Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın milli mənlik, dövlətçilik şüurunun güclənməsi, tarixi ənənələrinin, mənəvi sərvətlərinin bərpası, iqtisadi, mədəni yüksəlişi dövrü kimi xarakterizə olunub

Vurğulanıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin əsas qanununda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali niyyət kimi bəyan edilib. Vurğulanıb ki, Ulu Öndərin o dövrdə verdiyi bəyanatlarından birində deyildiyi kimi, yeni Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verir, Azərbaycan ərazisinin bölünməzliyini bir daha bəyan edir.

Görüşdə deyilib ki, ötən dövrdə cənab Prezident möhtərəm İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı işlər layiqincə davam etdirilərək, Azərbaycan Konstitusiyada bəyan edilən suverenlik, müstəqillik, demokratiya, ədalət və qanunun aliliyi yolunda böyük uğurlar, misilsiz və qürurverici qələbələr dolu böyük inkişaf yolu keçib. Bildirilib ki, İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, şəhidlərimizin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.Tədbirdə Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının təməlində cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb, Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağı bildirilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər. Rektor Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetində təhsil alan və fəaliyyət göstərən hər kəs tarixi zəfərin bir parçasıdır. O, Qarabağ Universitetinin açılışının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məhz 20 sentyabr 2024-cü il tarixində baş tutmasının rəmzi mənasından bəhs edib. Qeyd edib ki, suverenliyin tam şəkildə bərpa edildiyi torpaqlarda təhsil alan tələbələr üçün ali qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”ndə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş tədbir keçirilməsi əlamətdar və yaddaqalan hadisədir.

Tədbir çərçivəsində Qarabağ Universitetinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar.

Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib. Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.

Oxşar xəbərlər

Bütün xəbərlər