Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Məcburi köçkün məktəblilər arasında turnir keçirilib

Bakının Qaradağ rayonunun Qobu Park 2" yaşayış kompleksindəki məktəbin idman zalında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının və "Hünər” idman klubunun təşkilatçılığı ilə, məcburi köçkün məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib.

tehsilmedia.info Reporta istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev açılış mərasimindəki çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edib, ölkəmizə rəhbərliyinin hər iki dövründə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Prezident İlham Əliyevin bu strateji xətti uğurla davam etdirdiyi, əhalinin, o cümlədən uşaq və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün hər yerdə əlverişli şərait yaradıldığı, idmançılarımızın böyük nailiyyətlər qazandığı, həmçinin Azərbaycanın dünyada ən mötəbər yarışların keçirildiyi idman ölkəsi kimi tanındığı vurğulanıb. Məcburi köçkün ailələrinin övladlarının da müxtəlif idman növləri ilə məşğul olduqları və uğurlu nəticələr göstərdikləri diqqətə çatdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, o cümlədən bu ailələrdən olan uşaqların və yeniyetmələrin fiziki, mənəvi sağlamlığının qorunmasına həssaslıqla yanaşdığı, onların təhsilinə, mədəni inkişafına hərtərəfli dəstək verdiyi qeyd olunub.

Bildirilib ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə zəruri qurğu və meydançalar yaradılıb, müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Turnir 6-15 yaşlı uşaqlar arasında 5 yaş qrupu və bir neçə çəki dərəcəsi üzrə keçirilib. Yarışda müxtəlif klubları təmsil edən 50 idmançı mübarizə aparıb. Turnirin məqsədi uşaqlara və yeniyetmələrə cəldlik, dözümlülük kimi vacib keyfiyyətlər aşılayan fullkontakt kyokuşin karate idman növünə marağı artırmaq, fiziki sağlam gənclərin yetişməsinə dəstək olmaqdır.

Turnirdə Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyev, digər şəxslər iştirak ediblər.

Turnirin sonunda qaliblərə medallar və sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər