Xəbər lentiwidget-title-icon

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?

Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC

Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC


Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ?
Sizə kimdən danışaq; son zamanlarda gündəmdən düşməyən və bu səbəbdən depressiya keçirən Emin Əmrullayevdən.

Üst-üstə aşkara çıxan rüşvət, bullinq olayları, Əmrullayevi əməlli-başlı noqdauna saldı. İqtidaryönlü-müxalifətyönlü-hamı onu şiddətlə tənqid etdi. Bundan pəjmürdə olan müdrik nazirimiz, bir sıra tədbirlərdən ibarət islahat paketi hazırladı. Belə ki, birinci tədbir olaraq, müxtəlif “zırpı” kollec rəhbərlərinin, “gülməşəkər” məktəb direktorlarının “soyqırım”ı həyata keçirildi: bəziləri işdən çıxarıldı, bəziləri də töhmət və ya xəbərdarlıq aldı.

Amma və lakin... bu islahatlar, başdan-ayağa absurd və komik idi! Emin müəllim, sadə bir sualın qarşısında aciz qalacaqdı: əgər bu qədər rəhbər şəxs, bu qədər məktəb və kollec direktoru, doğrudan da, yarıtmaz idisə, nəyə görə indiyəqədər vəzifədə qalmaqdaydı?!... Olmaya, Emin müəllimin bəsirəti, 4 ildən sonra açılıb?!...

Üstəlik, mühüm bir məsələ də var. Cənab nazir, tez-tez gileylənir ki, təhsilverənlərin, direktorların üzərinə çox getmək olmaz, rüşvət, bullinq materiallarını yaymaq, düzgün deyil. Lakin, başqa tərəfdən isə, aşkara çıxan görüntülərə, səsyazılara görə elə özü “soyqırım” həyata keçirir...

Müdrik nazirimiz, bir qərar verməlidir: sübutları yaymaqmı yanlışdır, yoxsa sübutlardakı şəxsləri cəzalandırmaqmı?

Belə çıxır ki, islahatları, islahat olsun deyə yox, sadəcə, tənqid “oxları”ndan xilas olmaq üçün, məcburi edir. Yəni, könül xoşluğuyla yox, deyinə-deyinə, söyə-söyə islahat edir. Əslində, bunun adı, islahat paketi yox, “zorakı paket” ya da “bəddualı paket”dir! Direktorlar, düzdür, işdən çıxarılır, amma bəlkə də, onları ifşa edənlər, daha betər vəziyyətə düşəcəklər-Emin müəllimin qarğışlarına görə!

Zarafat bir qırağa. Emin müəllimin paketi ilə bağlı, çox kritik başqa bir sual da ortaya çıxır. İşdən çıxarılan, əməlində qanun pozuntusu təsbit edilən direktorlar barədə nazirlik, nəyə görə prokurorluğa məlumat verməyərək, işin üstünü tezbazar örtür?... Yəni, necə ola bilər ki, qosqoca bir kollecin şefi, işdən çıxarılsın, amma əməllərində-yeyinti, korrupsiya, qanunsuzluq olmasın?...

Konkret misal: “Tovuz Dövlət Sosial-iqtisad Kolleci” və onun işdən çıxarılmış rəhbəri Rizvan Qənbərov.

Nazirlik, yaydığı açıqlamada bildirib ki, sözügedən kollecdə monitorinq aparılıb və direktor işdən çıxarılıb.

Media da, təbii olaraq, sual edib ki, nəyə görə direktorun qanunsuzluqları barədə hüquq-mühafizə orqanlarına müraciət edilməyib? Nazirlik isə cavab verib ki, onun əməllərində, cinayət tərkibi yoxdur!

Həəə, bəlkə də, direktor, kollecdəki fəaliyyətinə görə yox, məsələn, evdə idman etmədiyinə görə, ya da dərmanlarını vaxtı-vaxtında qəbul etmədiyinə görə işdən qovulub...

Gəlin, nazirliyin ciddi açıqlamasına baxaq:

“Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”.

Onda belə çıxır ki, o boyda direktor, jurnaldakı hansısa texniki səhvə görə çıxarılıbmış! Nə bilmək olar, bəlkə də, jurnalda hansısa müəllim, göy yox, qırmızı qələmdən istifadə edib. Ya da şagirdlər, jurnalın üstünə saqqız yapışdırıblar deyə, nazirlik, belə dəhşətli səhvə dözə bilməyib...

Hər halda Emin müəllim, direktorun əməllərində yox, jurnalda problem görür...

Yoldaş Əmrullayev, “Kollecdə qanunsuzluq aşkar edilib, amma direktor günahsızdır” söyləmək, bilirsiniz, nəyə bənzəyir? Yumurta var, amma toyuq yoxdur... Ya da yağış var, amma bulud yoxdur...

Əmrullayev, biz jurnalistləri, fürsətbazlıqda günahlandırır, amma biz indi nə edək ki, cənab nazir özü-özünü camaata güldürür və mediaya sanballı kompromatlar verir!

Qayıdaq, “məcburi islahatlar paketi”nə.

Görünür ki, Emin müəllimin əks-hücum əməliyyatının ikinci etapını məhz jurnalistlərə qarşı tədbirlər təşkil edir. Belə ki, o, keçirdiyi brifinqdə media mənsublarına qarşı sərt mövqe göstərərək, çox sual verməyi qadağan etdi. Yəni, ildə yalnız bir dəfə keçirilən, cəmi 5-6 jurnalistin yüzlərcə jurnalisti təmsilən qatıldığı bir brifinqdə, bir jurnalistin 3 sual verməsi, normal, hətta qaçılmaz bir haldır. Lakin, hətta AZTV jurnalistinə də, sual verməyə qadağa qoyması, onu göstərir ki, Əmrullayev, əməlli-başlı medianı da, “qara siyahı”ya alıb! Yəni, bayaq dediyimiz əks-tədbirlər paketindəki ilk hədəf, “zırpı” direktorlar idisə, ikinci hədəf də, məhz jurnalistlər imiş… Çox əcaibdir… Emin müəllim, direktorları da cəzalandırır, onları gündəmə gətirən jurnalistləri də..

Yəni, bu, bilirsiniz, nəyə oxşayır: güzgüyə baxıb, əvvəlcə özündən gileylənəsən ki, “Axı, mən niyə eybəcərəm?!…” Amma, sonra da güzgünü vurub sındırasan ki, “Sən niyə məni gözəl göstərmirsən?!…”

Yeri gəlmişkən, cənab Əmrullayev, soruşmaq ayıb olmasın, siz bu fantastik ideyaları, ağlasığmaz tövsiyyələri kimdən alırsınız?…

Vallah, yanınızdakı o Eşqi Bağırovdan şübhələnin! Çünki, bəlkə də, sizin yerinizə özü keçmək istəyir deyə, belə provokativ məsləhətlər verir…

Yenixeber.org

Oxşar xəbərlər


Bütün xəbərlər

Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib