Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Subut Mehdiyev, İnsan Hüquqlarının müdafiəsi mərkəzi, jurnalist

Mədəniyyət

26-02-2024, 12:12

Subut Mehdiyev, İnsan Hüquqlarının müdafiəsi mərkəzi, jurnalist


Xocalı soyqırımı erməni vandalizminin ən tutarlı nümunəsidir. Xocalıda soyqırım törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanmışdır: "1992-ci il fevralın 25-dən 26-a keçən gecə Sovet imperiyasının 366-cı alayının köməyi ilə erməni separatçıları Xankəndi ilə Əsgəranın arasında yerləşən Xocalı şəhərində dinc əhalinin üzərinə hücuma keçdilər. Müxtəlif çaplı pulemyotlardan, iri çaplı silahlardan atəş açmaqla günahsız insanları öldürdülər, konkret olaraq soyqırım, genosid, eyni zamanda da etnik təmizləmə siyasəti apardılar. 3000-nə yaxın əhalisi olan Xocalıda soyqırım zamanı 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaradan əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini , 132 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməyib, ona görə də yalnız 335 nəfərin meyitini dəfn etmək mümkün olub. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycana qarşı ermənilərin apardığı genosid siyasəti Qaradağlı kəndində də öz acı nəticəsini vermişdir. Kənd camaatının demək olar ki, hər on nəfərdən biri həmin genosidin qurbanına çevrilib. İnsanlar diri-diri yandırılıb, güllələnib və girov götürülüb. Onlar insanların gözlərini çıxardıb, günahsız və köməksiz hamilə qadınların bətnindəki uşaqları süngü ilə deşmiş, uşaqların başlarının dərisini soymuşlar. Eyni zamanda girov götürülən insanların orqanlarının transplantasiya olunması kimi böyük cinayətlərə də əl atmışlar. Əslində ermənilər ruslardan istifadə etməklə genosid həyata keçirmişlər. Biz həqiqətləri dünya ictimaiyyətinə çattdırmağa çalışsaq da, bu əksinə baş verir. Fransada qəbul olunmuş söz azadlığını boğmağa yönəlik qərarı xüsusi qeyd etmək istəyirəm. Bu da insanlığa qarşı cinayət törətmiş cinayətkarları demək olar ki, birbaşa dəstəkləməkdir desək, yanılmarıq. Xocalı faciəsinin mahiyyəti, erməni şovinistlərinin, erməni silahlılarının və separatçılarının Azərbaycan əhalisinə qarşı tərətdiyi cinayətlərin və əsl həqiqətlərin ortaya çıxarılmasıdır: "Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır. Həm də erməni millətçilərinin azəri türklərinə qarşı apardığı şovinist siyasətin dəhşətli nəticəsidir. Tarixə nəzər salsaq, 1905, 1907, 1918 və 1920-ci illərdən başlayaraq həmin illər ərzində, xüsusilə də 1948-ci ildə kütləvi köçürmələr, 1988-89-cu illərdə, daha sonra Topxana meşəsi, Daşaltı əməliyyatı və digər bunun kimi məsələlər konkret olaraq bu günün addımı deyildi. Bizim tarixçilərimiz tarixdə baş verən faciələr, qətliamlar barədə yazır. Amma bunun fəlsəfəsini bizə açıqlamırlar. Bizim nöqsanımızdan biri də budur. Bunu yaradan səbəblər, mahiyyət və istiqamət barədə səlis və dəqiq məlumat verən yoxdur. Deməli, səbəb və məqsəd nədirsə, bunları aydınlaşdırıb ortaya qoya bilmirik. Bizim tarixçilərimiz də, əlbəttə ki, bu istiqamətdə kifayət qədər işlər görmüşlər. Amma onlar ermənilər tərəfindən törədilən vəhşiliklərin, Xocalı soyqırımının tarixi fəlsəfəsini açıq ortaya qoymamışlar. "Böyük Ermənistan" xülyası ilə torpaqlarımızı işğal edənlərin işğalçı siyasətinin mahiyyətini dərk edib vaxtında anlasaydıq bu cür ağır nəticələrlə üzləşməzdik. Yəni bu gün işğal faktı - soyqırım törədilib. Erməni millətçilərin, erməni separatçılarının, başda Ter Petrosyan, Köçəryan və indiki prezident Sarkisyan olmaqla, Dağlıq Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar, genosid, soyqırım, etniki təmizləmə törədib dinc əhaliyə qarşı odlu silahlardan istifadə ediblər. İnsanlığa yaraşmayan, qəbulolunmaz hərəkətlərə yol veriblər. Bunlar birbaşa həmin hadisələrin təşkilatçıları və həyata keçirənləri olub. Biz bu vandalizm barədə dünya ölkələrinə, dünya birliklərinə, inkişaf etmiş dünya sivilizasiyasına çatdırmalıyıq. Xocalı faciəsi hələ 1980-ci illərdən başlayaraq Ermənistanda erməni milləti tərəfindən azərbaycanlılara qarşı torpaq iddiası və eyni zamanda türklərə qarşı bir aqressiya türklərin öldürülməsi, dinc və əliyalın əhaliyə qarşı güc tətbiq edilməsi ilə başladı". Erməni vandalları Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdüb. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanıb.Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirmədən dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: "Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mücadilə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi". Xocalı faciəsinin nəticələri ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında Xocalı soyqırımı (genosidi) günü haqqında qərar qəbul etdi. Qərarın birinci maddəsində göstərilir ki, fevralın 26-ı Xocalı soyqırımı kimi elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin: "Həmçinin Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1995-ci il tarixli iclasında Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar dünya parlamentlərinə və beynalxalq təşkilatlara müraciət edilməsini qərara aldı. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq bu günə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməmişdir.Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizlənmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə xüsusi incəliklərlə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma, gah canlı və qanlı toqquşmalar şəklini almış, daha da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir. Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, yəni bu istiqamətdə dünya ölkələrindəki hansı kı, bu ölkələrdə akrreditasiya olunmuş səfirliklər vasitəsilə faciənin canlı film, disk, xüsusi nəşr olunmuş kitablar vasitəsilə xarici dövlətlərdə müxtəlif dillərdə yayımlanmışlar.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarıl­ması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə başladı.

44 Günlük Vətən müharibəsinin gedişatında işğaıçı Ermənistan ordusu öz vəhşiliyini bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı yenidən qəddarlıq, amansızlıq nümayiş etdirdi. Gəncəni, Bərdəni, Naftalanı. Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalar­la hədəfə alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bütün bu vəhşiliklərə baxmayaraq, rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, eləcə də, bütün şəhidlərimizin qisası alındı.

Bu bir tarixi həqiqətdir ki, Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu soyqırımı­na hüquqi-siyasi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.

Oxunub: 250
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

23-02-2024, 15:34

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Gündəm

22-02-2024, 13:12

Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

Rəsmi / Gündəm

15-10-2023, 21:44

Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaldıb

Mədəniyyət

24-02-2024, 13:12

Berlində Xocalı soyqırımının qurbanları anılıb - FOTOLAR

Hadisə

5-02-2024, 10:56

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb - FOTO

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 08:53
Müəllimdən küsən valideynlər
Dün, 13:29
Təhsil, yoxsa Təftiş: Məktəb Qapısında Boğulan Şəxsiyyət
Dün, 13:20
RFO-da iştirak edənlərin NƏZƏRİNƏ! - buraxılış vərəqələri verilir
Dün, 13:18
Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək
Dün, 13:15
Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dün, 13:14
ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 08:53
    Müəllimdən küsən valideynlər
  • Dün, 13:29
    Təhsil, yoxsa Təftiş: Məktəb Qapısında Boğulan Şəxsiyyət
  • Dün, 13:20
    RFO-da iştirak edənlərin NƏZƏRİNƏ! - buraxılış vərəqələri verilir
  • Dün, 13:18
    Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək
  • Dün, 13:15
    Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
  • Dün, 13:14
    ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib
  • Dün, 13:14
    Ermənistanda şagirdlər Azərbaycan dilini seçir
  • Dün, 13:13
    SSRİ-nin törətdiyi cinayətdən 82 il ötür: 123 min ölüm
  • 22-02-2026, 12:39
    Sertifikasiyadan kəsilən müəllimlərə qarşı 27 min manatlıq DƏLƏDUZLUQ
  • 22-02-2026, 12:38
    Universitetlərə qəbul üçün elektron qeydiyyat davam edir
  • 22-02-2026, 12:37
    Taksi sürücüləri üçün imtahan olacaq
  • 22-02-2026, 10:10
    “VR ilə İngilis dilini öyrən” layihəsi çərçivəsində innovativ dərslər və seminarlar uğurla həyata keçirildi
  • 22-02-2026, 10:09
    “VR ilə İngilis dilini öyrən” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub
  • 21-02-2026, 16:02
    Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
  • 21-02-2026, 16:01
    Beynəlxalq Ana Dili Günü ilə bağlı virtual SƏRGİ
  • 21-02-2026, 16:00
    Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar
  • 21-02-2026, 13:44
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində baş vermiş hadisə bir daha göstərdi ki, bəzi radikal qruplar siyasi fikir müxtəlifliyini təxribat və ixtişaşla qarışdırmağa davam edirlər.
  • 20-02-2026, 15:09
    Dilimiz və ədəbiyyatımız beynəlxalq aləmdə görünmür - maneələr AÇIQLANDI
  • 20-02-2026, 15:08
    88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
  • 20-02-2026, 15:08
    Uşaqların elmi tədqiqatlara cəlbi qanunla tənzimlənməlidir
  • 20-02-2026, 15:07
    Taksi minik avtomobil sürücüləri üçün imtahan keçiriləcək
  • 20-02-2026, 15:07
    Naxçıvanda fəxri ada layiq görülən müəllimlərin SAYI
  • 20-02-2026, 15:06
    Azərbaycan Universitetinin MBA məzununun UĞURU
  • 20-02-2026, 15:05
    DİM-də elmi-metodik seminarlar keçirilib
  • 20-02-2026, 15:05
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • 20-02-2026, 08:34
    Azərbaycanda tələbə direktor təyin edildi - ƏMR
  • 20-02-2026, 08:32
    İmişlidə şagirdi döyən məktəb direktoruna saxtakarlığa görə cinayət işi açılıb - TƏFƏRRÜAT
  • 20-02-2026, 08:29
    Valideyn, müəllim və qorxu arasında qalan təhsil sistemi - NƏ ETMƏLİ?
  • 20-02-2026, 08:29
    Bakı Slavyan Universitetini BAZARA ÇEVİRİBLƏR - Buralar düzələn deyil...
  • 20-02-2026, 08:27
    Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş
  • 20-02-2026, 08:22
    Azərbaycanlı alim Britaniya İmperiyası ordeninə layiq görüldü
  • 19-02-2026, 13:13
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • 19-02-2026, 13:12
    Universitetlərdə 90 dəqiqəlik dərs müddəti AZALDILSIN
  • 19-02-2026, 13:11
    Daha çox qadın tələbələr təhsil kreditinə müraciət edir - RƏSMİ
  • 19-02-2026, 08:18
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
Daha çox
18-02-2026, 14:46
​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
20-02-2026, 15:08
88 abituriyent 500-700 bal aralığında nəticə göstərib
22-02-2026, 10:09
“VR ilə İngilis dilini öyrən” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub
22-02-2026, 10:10
“VR ilə İngilis dilini öyrən” layihəsi çərçivəsində innovativ dərslər və seminarlar uğurla həyata keçirildi
Dün, 13:29
Təhsil, yoxsa Təftiş: Məktəb Qapısında Boğulan Şəxsiyyət
18-02-2026, 12:11
Son 5 ildə 4 mindən çox diplom tanınmayıb - ən çox bu SƏBƏBLƏRDƏN
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə