Xəbər lentiwidget-title-icon

Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov
Peşə təhsili alanlar üçün yeni LAYİHƏYƏ start verilir
EATDA-nın direktoru THE sammitində çıxış edib
Direktorlar üçün adaptasiya proqramına START verilib
İsDB: Azərbaycanda Aİ sahəsində təşəbbüslərə MALİYYƏ dəstəyi verməyə hazırıq
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib
Universitetlərdə dərslər DAYANDIRILIR
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Azərbaycanda abituriyentlərin ixtisas seçimi prosesi niyə bərbad durumdadır?..- EKSPERT
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib
Qarabağ Universitetində "Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbir keçirilib
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək
O şagirdləri çubuqla cəzalandıracaqlar
Texnologiya dövründə təhsilin istiqaməti - II YAZI
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı
Təhsil İnstitutu akkreditasiyadan keçib
Professor: Bəzi universitetlər elmə yox, görüntüyə yatırım edir
Bu müəllimlər 200 manatadək cərimələnəcək Bu müəllimlər 200 manatadək cərimələnəcək
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair TƏQDİMAT
“İnnovasiya şəhərciyi”, yoxsa səhrada hovuz?
"İlk dəfə sənəd qəbulunda süni intellekt alətlərindən istifadə edirik" - Qədir Xəlilov

Peşə məktəbinin 68 yaşlı tələbəsi: Hədəfim sahibkarlıqla məşğul olmaqdır

Peşə məktəbinin 68 yaşlı tələbəsi: Hədəfim sahibkarlıqla məşğul olmaqdır

Ömürboyu öyrənmək, sevdiyin peşə üzrə fəaliyyət göstərmək insanların cəmiyyətə verə biləcəyi əsas faydalardandır. Həyatımızın istənilən dönəmində sevimli işimizlə məşğul olmalı, gördüyümüz hər işə sevgi qatmalıyıq.

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayevadır. 1956-cı ildə Bakıda anadan olan həmsöhbətimiz ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşayıb. Hazırda evdar xanımdır, eyni zamanda, təqaüdçüdür. Oxumaqdan, bilik və bacarıqlarını artırmaqdan yorulmayan müsahibimiz övladları, doğmaları üçün bir-birindən gözəl şirniyyatlar bişirsə, qənnadçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib və bu məqsədlə də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Qənnadçı-şirniyyatçı” ixtisasına qəbul olub.

“İlk dərs günündə sinfə daxil olanda mənimlə oxuyan tələbələr elə biliblər ki, müəlliməm. Qrup yoldaşlarım mənə xüsusi hörmətlə yanaşırlar”,- deyən Qətibə xanımin əsas hədəfi oxuduğu peşəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır: “Peşə Təhsil Mərkəzinə gəlməmişdən əvvəl ətrafımdakı insanlardan müəssisə haqqında məlumatlar öyrənmişdim. Ondan sonra qərar verdim ki, qənnadçı peşəsinə yiyələnməklə bu sahəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olum”.

Qətibə xanım deyir ki, Bakı şəhəri 239 nömrəli tam orta məktəbi bitirdikdən sonra universtitetə daxil olmaq üçün imtahan versə də, qəbul ola bilməyib:

“Həmin zaman ali məktəbə qəbul olmaq üçün azı 6 aylıq əmək təcrübəsi tələb edilirdi. Bu səbəbdən bir müddət tikiş fabrikində çalışdım, amma şirniyyat bişirməyə olan marağım itməmişdi. İndi bu peşə üzrə bildiklərimi Peşə Təhsil Mərkəzinin yüksək imkanları ilə təkmilləşdirmək istəyirəm. Gənclik illərindən işləməyə həvəsim var idi, lakin işlə bağlı müraciət etdiyim müəssisələrdə bu peşə üzrə rəsmi sənəd tələb edildiyindən şirniyyat ustası kimi işləyə bilmirdim.
Sözün düzü, peşə məktəbinə qəbul olana qədər bilməzdim ki, burada dərslər belə yaxşı tədris edilir. İnsanlar fikirləşə bilərlər ki, burada dərsə yəqin səthi yanaşılır. Əsla elə deyil. Dərslər çox yaxşı keçirilir, hər kəs qəbul olduğu peşənin sirlərinə dərindən yiyələnə bilir, müəllim kontingenti də olduqca peşəkar və savadlıdır. Peşəyə maraq və sevgi yaratdıqlarından tələbələr hər gün dərsə bol enerji ilə gəlirlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər