Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Dağlıq Şirvan RTİ üzrə təhsil işçilərin sentyabr konfransı keçirilib

Dağlıq Şirvan RTİ üzrə təhsil işçilərin sentyabr konfransı keçirilib

Sentyabrın 6-da Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, şəhid ailəsi üzvü olan təhsil işçiləri, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, bağça müdirləri, müəllimlər və digər şəxslər iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil sahəsində aparılan islahat və əldə edilən nailiyyətlərdən söz açıb. İşğaldan azad edilmiş ərazilərdə, eləcə də digər bölgələrdəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən söz açan Mətin Kərimli çıxışının sonunda təhsil işçilərinə uğurlar arzu edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. Sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı Dağlıq Şirvan regionunda olan IV və VI sinif şagirdlərinin monitorinq, eləcə də IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri barədə danışıb.

Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov hesabatla çıxış edib. Region üzrə məktəblərin ötən tədris illəri üçün nəticələrini təhlil edən Həmid Qasımov idarənin tabeliyində olan rayonlarda həyata keçirilən bir sıra təmir və tikinti işlərindən də söz açıb. Gələcək hədəflər barədə də danışan idarə müdiri sonda konfrans iştirakçılarına təşəkkürünü bildirib və onlara uğurlar arzu edib.

Çıxışlardan sonra konfransda səsləndirilən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər