Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Dilimizi qorumaqla bağlı təbliğat aparılmalıdır - Professor

Dilimizi qorumaqla bağlı təbliğat aparılmalıdır - Professor

“Dilimizin inkişafı ilə bağlı ali məktəblərdə kurslar, dərnəklər olmalıdır”.

Bu sözləri açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor uşaqlarda Azərbaycan dilini inkişaf etdirməyin əsas məqsədimiz olduğunu vurğulayıb:

“Durmadan Azərbayacan dilinin qorunmasından danışırıq. Amma biz nə edirik? Nəriman Nərimanov, Əbdülrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirov Peterburqda oxumuşdular və onlar gəlib Azərbaycan dilində insan yetişdirirdilər. İndi necə olub? İndi isə pul verib Amerikaya, İngiltərəyə gedirlər, daha sonra gəlib burada ingilis dilində dərs deyirlər. Bu nə deməkdir? Bizim məqsədimiz nədir? Bizim məqsədimiz Azərbaycan dilini inkişaf etdirmək, qorumaq olmalıdır. Bu gün Azərbaycan dili ədəbiyyatda, dünyada ilk sıralardadır. Bu dil texnologiya dili olmalıdır. Bəs, görəsən, dilin inkişafı ilə bağlı hansı addımlar atılır?

Niyə azərbaycanlı insana xaricilər dərs deməlidirlər? Niyə? Bu paradoksal deyilmi? Bəzən müşahidə edirik ki, insanlar telefonda bir-biri ilə yazışarkən belə normal dil qaydalarına riayət edə bilmirlər. Ona görə də Azərbaycanda kommunikasiya dilini inkişaf etdirmək lazmdır. Bu dil kommunikasiya dili olmalıdır. Fikir vermişəm ki, danışanda bəziləri “olar rusca deyim?” ifadəsini işlədirlər. Toplantılarda, konfranslarda ingilis terminindən istifadə edirlər. Axı bu nə dərəcədə doğrudur?”.Z.Məmmədovun sözlərinə görə savadsız adamlar savadsızlığını gizlətmək üçün danışanda xarici dildən istifadə edirlər:

“Əgər biz daxildə tədbir keçiririksə, orada 2 ingilis varsa, təbii ki, tərcüməçidə var. Kimsə məcbur deyil ki, zalda ingilis dilində danışsın. Hesab edirəm ki, dilimizin inkişafı ilə bağlı ali məktəblərdə kurslar, dərnəklər olmalıdır. Biz axı niyə özümüzü təbliğ edə bilmirik? Ona görə də Azərbaycan dili universitetlərdə prioritet məsələ olmalıdır. Azərbaycan dilinin tədrisi ilə bağlı ciddi addımlar atılmalıdır.

Savadsız adamlar savadsızlığını gizlətmək üçün danışanda xarici dillərdən istifadə edirlər. Çünki istəyir ki, qarşı tərəf onu savadlı biri kimi qəbul etsin. Bu gün müəllim tək dərs deməklə kifayətlənməməlidir. Müəllimin danışdığı mühazirələrdən tələbələr zövq almalıdır

Məsələn, deyirlər ki, filankəs Avropada oxuyub. Məndə həmin şəxsin Avropada olduğu müddətdə 2-ci Vətən müharibəsini hər hansısa bir yazısında izah edib-etməməsini araşdırıram. Qarabağla bağlı sosial şəbəkə hesabında paylaşım edibmi? Baxıram ki, əksəriyyətində yoxdur. Bəs vətənpərvərlik düşüncəsi hardadır? Axı ilk növbədə birinci insan vətənini sevməlidir. Yaxşı mütəxəssis ola bilərsən, amma bu vətənin inkişafı üçün nə edə bilirsən? Birinci məsələ elə budur. Yoxsa, “filankəs Avropada oxuyub”, - bu yalnış düçüncədir. Avropada oxuyubsa, nəticəsi hanı?

Axı Nizami, Füzuli kimi qəzəl dili kimdə var? Başqa bir dili bilmək vasitədir. O da nə üçündür? Həm ölkənin, həm də özünün şəxsiyyətinin inkişafı naminə dil öyrənmək lazımdır. Yoxsa hava atmaq üçün lazım deyil. Sosial, iqtisadi elmlər milli iqtisadiyyata, inkişafa xidmət edir. Bütün dillərin inkişafı ilə bağlı dünyada proqramlar var”, - deyə professor fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər