Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...

Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...

Milli kimliyimizə təhlükə:
Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Düşünürəm ki, ana dil problemi tarix boyu yaşanıb. İnsanların sosiallaşması üçün dil, xüsusilə əlavə dillər bilmək olduqca vacibdir. Bəs bu zaman öz dilimizin arxa planana atılması nə anlama gəlir? Niyə biz şəhərə çıxanda əhalinin 70 faizindən çoxunun rus dilində danışdığına şahid oluruq?

Balaca bir ölkəyik. İnkişafa yeni qədəm qoymuş bir ölkə. Və təbii ki, Azərbaycan dili qlobal bir dil deyil, bunun üçün ön planda olmaması çox normaldır. Məsələ qlobala çıxmaq da deyil. Məsələ Ana dilimizin öz cəmiyyətimizdəki rolunu və əhəmiyyətini nəzərə alaraq onu yaxşı öyrənməyin, yad təsirlərdən qorumağın və inkişaf etdirməyin hər bir Vətən övladının müqəddəs vəzifəsi olduğunu unutmamaqdır. M.Ə. Rəsulzadə “Milli dirilik” məqaləsində deyirdi: “Milliyyətin ümdə rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir... Çünki dil həmən millət deməkdir”.

Lap əvvələ gedəcəm, dilimizin çeşidli ədəbiyyat nümunələri, ”Kitabi-Dədə Qorqud” dastanları, Nəsimilər, Füzulilərin qələmindən çıxmış qəlb oxşayan əsərlər bu dildə yaranmış, Azərbaycan Cümhuriyyətini yaratmaq üçün özlərini fəda edən, yoxdan var edən insanların ədəbiyyatmızda, musiqimizdə, incəsənətimizdə dərin iz qoymuş şəxsiyyətlərin illər boyu uğrunda apardıqları mübarizələrdən ən başlıcası məhz Ana dili məsələsi idi.

Tarixin müxtəlif dönəmlərində Ana dilimiz çətin sınaqlardan keçmiş, hətta məhv edilməyə çalışılmış, lakin bu sınaqlardan üzüağ çıxmağı da bacarmışdı. Xüsusilə Cümhuriyyət dövründə Azərbaycan-türk dilinin inkişafı üçün böyük imkanlar yarandı. Belə ki, Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini bütün ölkə ərazisində rəsmi dövlət dili elan etdi. Bundan sonra ölkədə yüksək səviyyəli elmi kadrların kifayət qədər olmaması və AXC-nin mövcudluğunun çox qısa bir müddət çəkməsi Azərbaycan-türk dilinin həmin dönəmdə dövlət dili kimi istənilən səviyyəyə çatmasına imkan verməsə də, bu son deyildi. Ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində olduğu ilk dövrlərdə Sovet hakimiyyətinin ideologiyasının tələblərinə görə, Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmamışdı.

Bununla belə, həmin dövrdə Azərbaycanda milli ədəbi dilimizin inkişafı ilə bağlı tarix boyu mübarizə aparanlar, əllərindən gələni etməyə davam edirdilər. Və daha keşməkeşli yollardan sonra ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu gün isə, sanki bütün bu amansız, çətin hadisələr olmamış kimi davranır, insanların canları bahasına savaşdığı, həyat hekayələrini oxuduqda qəlbimizin dağlandığı, milləti azad şəkildə, qorxmadan, hiss edərək Ana dilində danışsın deyə hər şeyini qurban verən insanların nə üçün mübarizə apardığını unutmuş bunu da “müasirlik” adlandırırıq. Halbuki, müasirliyin ən vacib şərtlərindən biri milliliyi saxlamaqla dünyaya inteqrasiya etməkdir. Milliliyin əhəmiyyətini unutmaqla yox.

Burada əsas problemlərdən biri də rus bölmələrinin fəaliyyətidir deyə düşünürəm. Belə ki, valideynlər özləri də rusdilli olurlar və övladlarını da rus bölmələrində oxudurlar. Və bu proses silsilə halında davam edir. Nəticədə böyük bir rusdilli nəsil yaranır. Ancaq o uşaqlar ana dilində təhsillərini alıb istənilən yaşlarında xarici dili də öyrənə bilərlər. Ya da valideynlər buna xüsusi nazərət edə və uşaqlar öz dillərini də səlis danışmağı bacara bilərlər. Baxmayaraq ki, rus dilindən daha qlobal dillər var. Dəfələrlə şahidi olmuşuq ki, rus bölməsində təhsil alan şagirdlər Azərbaycan dilində nəinki, normal bir cümlə qurmur, sözü belə deyə bilmirlər. Və qeyd etmək istəyirəm ki, istisnalar (rus bölməsində təhsil alsalar belə, ana dilimizdə normal danışa bilənlər) qaydanı pozmur.
Dilimizin gözəlliyi həm də onu işlədənlərdən, yəni bizdən asılıdır. Nə qədər şablon çıxsa da, biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Anlamalıyıq ki, dilimizi inkişaf etdirib yaşatmaq tariximizi yaşatmaqdır. Bu bizim bu yolda iz qoyanlar qarşısında borcumuzdur.
Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!

Fatima Zeynal,
Sitat.info

Oxşar xəbərlər

Bütün xəbərlər