Xəbər lentiwidget-title-icon

Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək

Professor: COP29 təhsilimiz üçün böyük ŞANSDIR

Professor: COP29 təhsilimiz üçün böyük ŞANSDIR

“Nizaminin, Füzulinin əsərlərində “yaşıl”la bağlı məqamları tədqiq edib, dünya ictimaiyyətinə göstərməliyik”.

Bu sözləri açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

Professor bildirib ki, universitetlərin əsas məhsulu elmi tədqiqat işləridir:

“Elmi tədqiqatlar cəmiyyətin problemlərinin həllinə yönəlir və onun inkişafına dəstək olur. Bununla bağlı şirkətlər universitetlərə sifarişlər verir. Birinci olaraq məhsul satışından söhbət gedirsə, o halda məhsulun bazara çıxarılması ilə bağlı marketoloqlar işləyirlər. İkinci olaraq universitetlərdə güclü korporativ idarəetmə sistemi qurulur. Üçüncü olaraq aparılan elmi tədqiqatların nəticələrinin cəmiyyətə təsiri barədə hesabat verilir. Cəmiyyət bilməlidir ki, ödənilən vergi qarşısında universitet onun inkişafı üçün nə edib. Bundan əlavə alim apardığı tədqiqat işləri ilə cəmiyyətə tanıdılır.

Bizim ən böyük problemlərimizdən biri də ekspertlərdir. Əksər insan tədqiqatçı deyil, amma ekspertdir. Tədqiqat aparmadan, nəticə almadan necə ekspert olmaq olar? Ekspert olmaq üçün data, analiz, fakt və arqumentlər olmalıdır. Sifarişi verən şirkətlər də əvvəlcədən universitetin tələbə qəbulu statistikasına, reytinqinə, işlə təmin olunan məzun sayına, elmi tədqiqatlarına nəzər salır. Buna görə də universitetlər çalışır ki, ictimaiyyətdə həm tələbələrin, həm də müəllimlərin nüfuzu olsun. Hər şeydən əvvəl isə universitet rəhbərinin avtoriteti güclü olmalıdır. Bu şərtlər daxilində universitetin tədqiqatlarına maliyyə vəsaiti ayırıla bilərlər. Tədqiqata ayırılan maliyyə universitetə o imkanı yaradır ki, o təkcə təhsil haqqından asılı olmasın. Tələbə bu gün var, sabah yoxdur. Hətta bəzi ixtisaslar var ki, hazırda tələbələr onlara ehtiyac duymurlar”.

“Fəlsəfə ixtisasına böyük tələbat var. Bu gün yaşıl iqtisadiyyatdan danışırıq, amma Yaşıl dünyanın fəlsəfəsi nədir? , necə olur? bilmirik. Bu barədə araşdırılma aparılmır”, - deyə iqtisad elmləri doktoru vurğulayıb:

“Azərbaycanda 1960-cı illərin əvvəllərində Yaşıl teatr fəaliyyətə başlayıb.Biz COP29 üçün gələnlərə bunu sübut kimi göstərə bilərik. Dünya ictimaiyyəti COP-u müzakirə edir. Hesab edirəm ki, Yaşıl teatr barədə kitablar olmalıdır. Niyə adı yaşıl teatrdır? Tikilmə məqsədi nə idi? və s. barədə tədqiqat aparılmalıdır.

Qidaların belə yaranma səbəbinin araşdırılması var. Dünyanın bir sıra ölkələri, eləcə də Niderland, Belçika tarixə yönəlmiş tədqiqatlar aparırlar. Türkiyədə xüsusi ilə Osmanlı İmperiyası ilə bağlı çoxsaylı tədqiqatlar ortaya qoyulur. Biz azərbaycançılıq ideologiyası, dilimizin qədimdən bəri qorunub saxlanması ilə bağlı araşdırmalar aparmalıyıq. Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev xaricdə təhsil almalarına baxmayaraq, ana dilimizi inkişaf etdirmişlər. Biz bu faktları göstərməliyik. Universitetlər bu gün sadəcə kadr yox, həm də şəxsiyyət yetişdirir, cəmiyyətin inkişafında onun böyük rolu var. Millətin tarixinin, fəlsəfəsini universitet ortaya qoyur. İdeologiya məhz buradan başlayır.

Bankların bir çoxu universitetlərə yaşıl maliyyə, yaşıl bankçılıqla bağlı kitablar sifariş edirlər. Fikrimcə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı verilən sərəncam yaşıl hərəkatın, yaşıl iqtisadiyyatın, ekologiyanın inkişafında, tarazlığında aktivliyin yaradılmasını tələb edir.

Bu yaxınlarda Bakı Slavyan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbir keçirildi. Həmin tədbirdə verilən təkliflərə əsasən Azərbaycan ədəbiyyatında “yaşıl düşüncə”, “yaşıl fəlsəfə” “yaşıl konsepsiya” haqqında kitab yazmalıyıq. Nizaminin, Füzulinin əsərlərində “yaşılla” bağlı məqamları qabağa çəkməliyik. Bizim Azərbaycan yazıçılarının əsərlərində vaxtı ilə bu mövzular yer alıb. O əsərlərdən sitatlar gətirməliyik. Azərbaycanda yaşıla qarşı sevgini, münasibəti, ekologiyanı ictimaiyyətə göstərməliyik. Sərəncam verilib ki, biz təhsildən mədəniyyətə, eləcə də bütün sahələrdə yaşıla olan münasibəti göstərə bilək. COP29 bizim şansımızdır. Bununla bağlı bütün tədqiqqatları ortaya qoymalıyıq. Şirkətlər cəmiyyətin inkişafına dəstək olmalıdırlar. Tədqiqatların gələcək nəslə çatdırılması üçün şirkətlər dəstək göstərməlidirlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər