Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

"Məktəbi və müəllimi hörmətdən salan sosial şəbəkələrdəki paylaşımlardı" - Nadir İsrafilov

"Məktəbi və müəllimi hörmətdən salan sosial şəbəkələrdəki paylaşımlardı" - Nadir İsrafilov

Bildiyimiz kimi, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Eyni zamanda Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

Qadağalar haqqında Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov söylədi ki, sözügedən qərarların qəbul edilməsi artıq, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarının ləğv edilməsi anlamına gəlir:

"Sual oluna bilər ki, “Müəllimlərin etik davranış Qaydaları” olduğu halda, “Təhsilverənlərin etik davranış Qaydaları”na nə ehtiyac vardı və olmazdımı ki, əvvəlki qaydalarda müvafiq dəyişiklliklər və əlavələr edilməsi hesabına təkmilləşdirmə və yeniləşmə aparılaydı? Bir halda ki, istər "Təhsil haqqında" Qanunda, istərsə də təhsil qanunvericiliyinə dair digər normativ aktlarda mütəmadi olaraq dəyişikliklər edilir. Məsələ heç də onda deyil. Görünür, “Müəllimlərin etik davranış Qaydaları”nın qəbul edilməsindən 10 illik bir müddət keçməsi və digər məqamlar nəzərə alınaraq yeni qaydaların hazırlanmasına zərurət yaranıb. Məsələ ondadır ki, qaydalar işıq üzü görəndən dərhal sonra, sosial şəbəkələrdə ən çox diqqət çəkən və müzakirələrə səbəb olan müddəalar əsasən Qaydaların 3.11. “Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir” və 4.3. “Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır” maddələri olub. Bu da təbiidir, çünki məktəblərdə şagirdlər arasında siqaret çəkənlərin sayı kəskin surətdə artıb, bu isə tədricən narkomaniyaya meyllik kimi fəsadlara yol aça bilər. “Nəsihət vermək asan, nümunə olmaq çətindir”, “Ən yaxşı nəsihət - yaxşı nümunə olmaqdır” deyib müdriklər, şagirdinə siqaret aldıran, şagirdinin yanında siqaret çəkən müəllim kimə nəsihət verə bilər, kimə nümunə ola bilər? Bir də ki, məktəb bir yana, ümumiyyətlə ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması haqqında dəfələrlə ən yüksək fikirlər səsləndirilib"Ekspert hesab edir ki, “Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır” qadağasına əməl olunarsa, məktəbin, təlim-tərbiyə işinin sağlam əsaslarda qurulmasına, məktəbin, müəllimin nüfuzunun qorunmasına və əsaslı şəkildə qaldırılmasına yardımçı ola bilər.

"Çünki, heç kəsə gizli deyil ki, məktəbi, müəllimi bütövlükdə hörmətdən salan sosial şəbəkələrdəki audio və videomateriallar, təsvirlər kimi paylaşımlardır. “Qaydalarda” da xüsusi olaraq vurğulandığı kimi təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməli, xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. Ümid edək ki, yeni qaydalar təhsil müəssisəsinə ictimai etimadın artırılmasına təsirsiz ötüşməyəcək", - deyə Nadir İsrafilov bildirdi.

Oxşar xəbərlər

Bütün xəbərlər