Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Xəzər dənizinin sualtı arxeoloji abidələri ilə bağlı tədqiqatlar aparılacaq

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

İclasın gündəliyində duran əsas məsələ sualtı arxeologiya ilə bağlı olub.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov Azərbaycanda sualtı arxeologiyanın tarixindən danışaraq qeyd edib ki, Azərbaycanda sualtı arxeologiyanın formalaşmasının başlanğıcı Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyul 1968-ci il tarixli Sərəncamı və Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 1968-ci ilin ortalarına təsadüf edir. Həmin il Azərbaycan Tarixi Muzeyinə Xəzər dənizinin Azərbaycan sahillərinin sualtı tarixi arxeoloji abidələrinin tədqiqinə başlamaq tapşırıldı. Muzeyin rəhbərliyi bu işi Viktor Kvaçidzeyə həvalə etdi, tarix elmləri doktoru Z.İ.Yampolski isə elmi məsləhətçi təyin edildi. 30 il ərzində sualtı arxeoloji qrupun rəhbəri V.Kvaçidzenin rəhbərliyi ilə Xəzər sahillərinin və adalarının bir sıra abidələri tədqiq edildi və 4000-dən artıq maddi mədəniyyət nümunəsi aşkar olundu. 1986-cı il isə Xəzər dənizinin sualtı arxeoloji abidələrinin tədqiqi üçün sonuncu il olub.

Müzakirələrdən sonra institutun müvafiq şöbələrindən birinin nəzdində Xəzərsahili və sualtı abidələrin tədqiqi sektorunun yaradılması qərara alınıb.

Şura üzvləri bu qərarın Azərbaycan arxeologiyasına böyük töhfə olacağını bildiriblər.

İclasda müzakirə edilən növbəti məsələ institutda keçiriləcək konfranslara hazırlıqla bağlı olub. Baş direktor bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 3 dildə yazılmış, 420 səhifəlik nəfis tərtibatda kitab çap edilib və institutda keçiriləcək konfransda iştirakçılara təqdim olunacaq.

Sonra isə A.Seyidov 23-25 may tarixlərində keçiriləcək "Məhkəmə arxeologiyası və antropologiyası” adlı beynəlxalq konfransa hazırlıqlar barədə məlumat verib. O bildirib ki, ilk dəfə keçiriləcək bu konfrans Azərbaycan reallıqlarını dünyaya tanıtmaq üçün çox əhəmiyyətlidir. Konfransda iştirak etmək üçün dünyanın 20-yə yaxın ölkəsindən qonaqların gəlməsi gözlənilir.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər