Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Kardiologiya İnstitutunda şuntlama əvəzinə “şumlama” əməliyatı - Kollektiv direktora qarşı

Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.

"tehsilmedia.info"ın məlumatına görə, bu barədə Bakupost.az-a İnstitutdan bildiriblər.

Qeyd olunub ki, institutun işçiləri Dina Zotova, Elnarə Həmidova və himayəsində əlil-iflic övladı olan Mina Cavadova heç bir xəbərdarlıq və ciddi səbəb olmadan işdən çıxarılıblar.

Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.

Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.

İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:

"Mayın 2-də səhər saatlarında keçirilən iclasa direktor Gülnaz Dadaşova yarım saat gecikdi. Bu azmış kimi direktor onu akt zalında gözləyən elmi işçi heyətinə özünə yaxın şöbə müdirləri vasitəsilə ultimatum göndərmişdi. Bildirmişdi ki, hüquq-mühafizə orqanlarına müraciət edib, institutda baş verənlər barədə danışan şəxsləri cəzalandıracaq”.

O da qeyd olunub ki, şəhərdə əsas kardioloji mərkəz sayılan institutun qapısında hər səhər tragikomediya yaşanır:

"Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edir. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.

Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradır və narazılığa səbəb olur”.

İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri "Kəpəz” klinikasına, "Ege” hospitalına və Mərkəzi Klinikaya "otkat” sistemi ilə yönəltdiyini bildiriblər:

"Həmin xəstələrin 90 faizi elə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatlarına salınır. Onlara mütləq və təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdarda vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutuna "xüsusi hörmət” və təşəkkür edilir”.

Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.

Yoxlamalar zamanı komissiyanın direktorun lüks palataları imkanlı xəstələrə pulla verdiyinə dair mətbuatda yer alan iddiaları araşdırdığı da qeyd olunur.

Səhiyyə Nazirliyindən C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğuya göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:

"Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış daxili monitorinqlər keçirilir. Adıçəkilən müəssisədə aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”.

Oxşar xəbərlər

Bütün xəbərlər