Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Təhsil Azərbaycan insanı üçün ən həssas məsələlərdəndir

Təhsil Azərbaycan insanı üçün ən həssas məsələlərdəndir

5-6 mart tarixində təhsil ekspertləri üçün təşkil olunmuş təlimdə bir sıra məsələlər müzakirə edildi. Onlardan biridə təhsil ekspertlərinin sosial şəbəkə ilə düzgün işləməsiylə bağlı məsələlər oldu.

Maraqlıdır, günümüzdə təhsil ekspertləri sosial şəbəkələrlə necə işləməlidir?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elvin Bədirovun sözlərinə görə təhsil mütəxəssisləri öz peşəkar fəaliyyətindəki nailiyyətlərini paylaşmalı, habelə mövzulara dair müzakirələrdə iştirak etməlidirlər:

“Təhsil mütəxəssislərinin bir araya gəlməsi və təşkil edilən müzakirə olduqca faydalı idi. Bu görüşlərin mütəmadi olması daha faydalı əməkdaşlıqların qurulmasına kömək edə bilər. Günümüzün reallıqlarından biri budur ki, hər yeni gün əvvəlkindən daha sürətli informasiya təchizatını tələb edir, şərtlər və tələblər dəyişir. Ona görə də təhsil mütəxəssisləri də günümüzün reallıqlarını qəbul etməli və sosial şəbəkələrin gücündən və imkanlarından daha faydalı istifadə etməlidirlər.

Təhsil mütəxəssislərinin sosial şəbəkədə effektiv işləməsi üçün bir neçə mühüm istiqamətlər var. Hər şeydən əvvəl qeyd etməliyik ki, sosial şəbəkələr təhsil mütəxəssislərinin peşəkar fəaliyyətlərini inkişaf etdirmək, təcrübə və məlumatları paylaşmaq üçün effektiv meydandır. Təhsil mütəxəssisləri öz peşəkar fəaliyyətindəki nailiyyətlərini paylaşmalı, habelə mövzulara dair müzakirələrdə iştirak etməlidir”.

Ekspert təhsil mütəxəssislərinin sosial şəbəkə platformalarında etdiyi müəyyən yalnışların insana olan etimadı zədələdiyini qeyd edib:
“Təhsil ilə bağlı aktual mövzuları, faydalı araşdırmaları öz şəbəkəsi ilə davamlı bölüşməli və mütləq doğru informasiyaları çatdırmalıdır. Mənbəyi qeyri-müəyyən olan və ya səhv olan məlumatları bölüşməkdən ehtiyat etməlidir. Təhsil çevrəsini mütləq geniş tutmalı, digər təhsil mütəxəssisləri, tələbə və müəllim auditoriyaları və ümumilikdə təhsil ictimaiyyəti ilə əlaqələrini gücləndirməlidir.

Mütləq paylaşımlarında və cəlb edilidiyi müxtəlif müzakirələrdə etik davranışlara riayət etmək, qarşı tərəfin ünvanladığı fikirlərə maksimum düzgün və dolğun cavab verib, yalnış məlumatla dezinformasiyaların yayılmasında pay sahibi olmaqdan çəkinmək lazımdır.

Təhsil mütəxəssislərinin sosial şəbəkə platformalarında etdiyi müəyyən yalnışlar var ki, bu həmin insana olan etimadı zədələyir. Mütləq paylaşılan məzmunların diqqətli bir şəkildə seçilməsi vacibdir. Düşünmədən, məsələni tam anlamadan paylaşmaq, yanlış məlumatları yaymaq yolverilməzdir. Ən ciddi səhv kimi bəzən bilmədikləri sahə və məsələlərlə bağlı mütləq fikir bildirmək adına fikirlər deyilir ki, bu da həmin mütəxəssisin reputasiyasına mənfi təsir göstərir.

Nəzərə almaq lazımdır ki, təhsil Azərbaycan insanı üçün ən həssas məsələlərdəndir. Xüsusi ilə tədris ilinin ən həlledici dövrlərinə qədəm qoyuruq. Qəbul imtahanları və yeni tədris ilinə hazırlıq dövrü ilə bağlı mütləq düzgün məlumatları paylaşmaq lazımdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər