Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Təhsilmedia.az saytı olaraq yeni bir rubrika başladırıq. Burada- "QABAQCIL MÜƏLLİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ" rubrikasında həm müəllimlərin fəaliyyətlərini sizlərlə paylaşmaq, həm də təhsil yanaşmaları haqda məlumatlar və təkliflər almayı qarşıya məqsəd kimi qoymuşuq.

Bizim ilk müsahibimiz Tağızadə Türkel müəllimdir. Yardımlı rayon Vərgədüz kənd tam orta məktəbin "Azərbaycan dili və ədəbiyyatı" müəllimidir və 8 illik pedaqoji fəaliyyəti mövcuddur.

Türkel müəllim, sinfiniz, məktəbiniz, təhsil üçün nələr etmisiniz? Bunun üçün hansı addımları atmısınız?

-Məktəbimiz, kəndimiz, rayonumuz üçün işlərimiz çox olub. Təkcə kitabla bağlı gördüklərimiz bir qurumun görə biləcəyi iş qədərdir. Biz bunu öz gücümüzə etmişik. Kənddə "kitab klubu" yaratmışam, incəsənət, toxuculuq klubu yaratmışıq. Hamsı könüllü və öz hesabımızadır. Kitab klubumuzda 1000-ə yaxın kitab var. Məktəbdə kitabxana qurmuşuq, kənddə açıq kitablıq düzəltmişik.

Öz kitabxanamı üç dəfə boşaltmışam, məktəblilərə hədiyyələr vermişik. Kitab klublarımızın üzvlərindən 200-300 kitab oxuyan şagirdlərimiz var. Rayonda üç dəfə böyük kitab sərgisi keçirmişik. 5 minə qədər test vəsaiti pulsuz paylamışıq,Yardımlı üçün kitab sərgisi keçirmək nə qədər çətin olsa da, bəhrəsini görmək o qədər sevinclidir.

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Ucqar kəndlərə gedib kitablar hədiyyə edirik uşaqlara. Yəni rayonda üç ildə kitabla bağlı gördüyümüz işlər sadəcə möhtəşəmdi.

Yazıçılarla görüşlər təşkil etmişik. Yutubda, instaqramda kitabın təbliği ilə çox gözəl işlər görən şagirdlərimiz var. Bloggerlik edirlər)))

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

İncəsənət klubumuzun işlərini də sərgiyə çıxartmışıq, qızlarımız öz işlərindən kifayət qədər qazanc əldə ediblər.

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Keçən il iki şagirdim "Uşaq incəsənət festivalı" nda finala çıxmışdı. Bizim hətta intellekt klubumuz da var. Şagirdlərim bir neçə dəfə müxtəlif intellektual yarışlarda rayon birincisi olub.

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Məktəbimizdə mütəmadi olaraq belə yarışlar təşkil edirik. Bu yaxınlarda şagirdlərimizin əl işlərindən ibarət sərgimiz oldu.

Türkel müəllim, biz sizi bu addımlarınızdan və uğurlarınızdan ötrü alqışlayırıq. Həqiqətən təşəbbüsləriniz təqdirəlayiqdir. Örnək olunan müəllimlərdənsiniz.

Sizcə, əsl müəllim necə olmalıdır?

- Əsl müəllim şəxsiyyət yetişdirməlidir. Şəxsən mənim üçün müəllimliyin ən asan tərəfi şagirdə bilik verməkdir. Onu fənnindən elmi biliklər çatdırmaqdır, başqa sözlə desək onu universitetə hazırlamaqdır. Amma müəllim həm də vətəndaş hazırlayır. Ədalətli, humanist, öz hüquqlarını bilən, başqalarının da hüquqlarının pozulmasına göz yuma bilməyən, vətəndaşlıq borcunu dərk edə bilən, cəmiyyət, xalq üçün əlini daşın altına qoya bilən vətəndaş. Təəssüflər olsun ki, bu təhsil sistemində bu bir az çətindir.

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Təhsildəki yenilikləri necə qiymətləndirirsiniz?

Yeniliklər hər zaman özü ilə yeni tələblər gətirir, yeni ehtiyaclar yaradır. Məsələ o tələbləri yerinə yetirə biləcək kadr, maddi texniki baza və.s nə qədər yaxşı olmasındadır.

Müəllim-valideyn münasibətlərini necə tənzimləyirsiniz?

Təəssüflər olsun ki, valideynlər bir çox hallarda məktəbdən “qaçaq” düşüblər. Bəzi valideynlər hətta məktəbin yolunu bilmirlər. Bu təhsilin keyfiyyətinə təsir edirmi, mütləq. Validey-müəllim-şagird üçbucağının bir tərəfi bu prosesdə “axsadısa” keyfiyyət aşağı düşür.

Mən pedaqoji fəaliyyətim illərimdə həmişə valideynlərlə əlaqədə olmuşam, mütəmadi olaraq danışıram, övladları ilə bağlı nəyə diqqət etməli olduqlarını izah edirəm. Məsuliyyətlərini artırıram. Münasibətimiz effektlidir.

Məktəb sizi maddi texniki baza və infrastruktur olaraq qane edirmi?

Məktəbimiz köhnə tikilidir. Maddi texniki- bazamız heç də ürəkaçan deyil, amma böyük tarixi olan, əhali sayı, şagird kontingenti ucqar bir dağ kəndi üçün kifayət qədər yuxarı olan kəndimizdə yeni məktəb binasının tikilməsi üçün işlər başladılıb. Bu bizi sevindirir. Ümidliyik.

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Fürsətiniz olsaydı təhsildə hansı yenilikləri etmək istəyərdiniz?

-Dərsliklərimiz çox ürəkaçan deyil. Şagirdlərimizi yersiz yükləyirik. Xüsusən də ibtida t/s.
Bunun qarşısı alınmalıdır, vahid imtahan mərkəzi yaradılmasının tərəfdarıyam. DİM və ETN heç olmasa 10-11 dərsliklərini bir hazırlamalı. Köklü dəyişikliklər olmalıdır,əslində.

Keçirilən imtahanlar haqda nələr düşünürsünüz?

-Miq və sertifikasiya imtahanları uğurludur hələ ki. Dəstəkləyirəm bu prosesi.

Repetitorlara münasibətiniz necədir?

-Repetitorluq bir növ günün tələbidir. Bunu yaradan səbəbləri hər kəs birində və başqasında görür. Hətta müəllimlərin sinifdə dərs keçməyib uşaqları məşğələyə çağırdıqlarını deyənlər də olur. Müəllim dərsi elə sinifdə keçsin deyənlər də var.
Məsələ burda nədir? Bayaq yuxarıda dediyim kimi vahid proqram olmalı. Məsələn, mən də repetitorluqla məşğulam, düzdür mən daha çox rayon mərkəzində və digər kəndlərdə hazırlıq keçirəm. Çalışdığım qədər dərs keçdiyim siniflərdə hazırlıq keçmirəm. Sinifdə öyrədə bilirəmmi əlbəttə, hazırlıqdan da yaxşı. Amma nə edirəm. ETN dərsiyinin kənarına da bir DİM testi və ya vəsaiti qoyuram. Məsələnin kökü tam fərqlidir. Məktəbin tələbi başqa, Abituriyentin və ya DİM-in tələbi başqa.

Bu sistemdə ən çox şagirdlər əziyyət çəkir və təəssüflər olsun ki, təhsilin keyfiyyətini də Ali məktəbə qəbulla ölçürük. Əzbərçi kəsim, daha çox faktoloji biliklərlə yüklənən gənclik işıqlı ola bilməz.

Təhsilimizə bal versəydiniz 10 ballıq sistemdə neçə bal verərdiniz və niyə?

-Təhsilimiz 10 üzərindən 5-i keməz. “Hadi bir az iyimsəl olum” +5 verim.

Türkel Tağızadəyə dərin təşəkkürümüzü bildiririk. Təhsilimiz üçün, bizim üçün etdiyi danılmaz yeniliklərə görə minnətdarlıq bildiririk. Bizim təhsilimizin bu cür vətən oğullarına ehtiyacı var.
Müəllimlik adının şərəf və ləyaqətini qaldıran əsl Fədai olaraq qəbul edirik Türkel Tağızadəni...

Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!
Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!
Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!
Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!
Təhsil FƏDAİSİ. Təhsilin ATASI... TANIYAQ! TANIDAQ!

Oxşar xəbərlər

Bütün xəbərlər