Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib

Bu gün Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış edərək Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolundan danışıblar.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərilib. Nazir qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirilib, ötən əsrdə minlərlə gəncin xarici ölkələrdə təhsil almasına şərait yaradılıb.

Nazir əlavə edib ki, hazırda Azərbaycan gəncləri təkcə döyüş meydanında deyil, elm, təhsil, idman və digər sahələrdə də mühüm uğurlar əldə edir, dövlət qurumları tərəfindən onların inkişafına yönəlmiş layihələr həyata keçirilir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılmasının gənclərin üzərinə düşən ən mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğuladığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, müasir texnoloji çağırışlar dövründə bu məsuliyyət daha da artır. O, Heydər Əliyevin dövlətçilik tarixində müstəqil dövlətçiliyin simvollarından biri olduğunu qeyd edərək onun uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi əsaslarının formalaşdırıldığını və gənclərin təhsilinə, beynəlxalq təcrübə qazanmasına geniş imkanlar yaradıldığını deyib. Firudin Qurbanov həmçinin bildirib ki, bilik, bacarıq, yaradıcı yanaşma və komanda ilə işləmək qabiliyyəti müasir gənclər üçün əsas amillərdəndir və ölkənin inkişafında yaradıcı gənclərin rolu böyükdür.

Forumun ikinci hissəsində “Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasəti” mövzusuna həsr olunan panel görüşdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva və Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktor müavini Rəna Məmmədova iştirak ediblər.

Panel çərçivəsində Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik prinsipləri, gənclər siyasətinin institusional əsasları, təhsil və insan kapitalının inkişafı məsələləri müzakirə olunub. Eləcə də gənclərin dövlət idarəçiliyində və ictimai həyatda rolu, müasir dövrdə qarşıya çıxan yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Forumda bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərlə bağlı və Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

Xatırladaq ki, silsilə tədbirlər çərçivəsində “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat və “Zirvə” gənclər düşərgəsi təşkil edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər