Xəbər lentiwidget-title-icon

“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə!
Blok imtahanına səhv qeydiyyatdan keçənlərin diqqətinə - ərizəni belə dəyişin
İmtahanlarda repetitorsuz yüksək bal toplayanlar AZ DEYİL
Buraxılış imtahanına xarici dilin salınmasının əleyhinə idim - DİM sədri
Buraxılış imtahanının vaxtı 15 dəqiqə uzadılacaq
LDU-da rəqəmsal texnologiyalar mövzusunda vebinar keçirilib
Qəbul imtahanında yenilik - danışıq bacarığı da yoxlanacaq
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
TƏBİB-də rəhbər dəyişiklikləri: İslahatlar fonunda "Peşəkar Kadr" ehtiyacı
Braziliyada Azərbaycan gecəsi: milli mətbəx, musiqi və mədəni diplomatiya
"Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir - Prezident
Naxçıvanda IX siniflər üçün imtahan keçirlib
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir
Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar

İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının 300 illiyi münasibətilə təbrik etdi

İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının 300 illiyi münasibətilə təbrik etdi

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Gennadi Krasnikova REA-nın 300 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

“Hörmətli Gennadi Yakovleviç!

Azərbaycan Milli Elmlər Akademiyası Rusiya Elmlər Akademiyasına öz dərin hörmət və ehtiramını çatdırır.

Azərbaycan Milli Elmlər Akademiyası və şəxsən öz adımdan Sizi və Rusiya Elmlər Akademiyasının (REA) bütün kollektivini olduqca əlamətdar bir hadisə – REA-nın 300-illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Elm tarixində bu cür yaddaqalan yubiley tarixi uzun və şərəfli yola bir daha nəzər salmaq, Akademiyanın nailiyyətlərini, əsas inkişaf mərhələlərini və baş vermiş parlaq hadisələri təhlil etmək, akademik elmin yaranmasında böyük xidmətləri olan görkəmli alim və mütəxəssisləri yad etmək, həmçinin Akademiyanın gələcək inkişafına yönələn yeni perspektivli ideyaları müəyyən etmək üçün əla fürsətdir.

1724-cü ildən başlayaraq Rusiya Elmlər Akademiyası çətin iqtisadi və sosial-siyasi şəraitə baxmayaraq şərəfli yol keçmiş, yüksək ixtisaslı elmi kadrların hazırlanması üzrə tanınmış elmi məktəblərin yarandığı dövlət elm müəssisəsi və elmin baş qərargahı statusunu qoruyub saxlaya bilmişdir. REA-nın müxtəlif inkişaf mərhələlərində dövrün tələblərinə uyğun olaraq riyaziyat, mexanika, astronomiya, fizika, kimya və mineralogiya, XVIII əsrin ikinci yarısında isə botanika və embriologiya kimi elm sahələri inkişaf etmişdir. XIX əsrdə Akademiyanın fəaliyyəti coğrafi tədqiqatlar, daha sonra tarix, filologiya, ədəbiyyatşünaslıq, XX əsrdə isə texniki və təbiət elmlərindən tutmuş humanitar və ictimai elmlərin bütün sahələrini əhatə etmişdir. Hazırda REA dünyanın aparıcı elmi mərkəzlərindən biri hesab olunur, burada kosmos, nanotexnologiyalar, süni intellekt, rəqəmsal texnologiyalar, biotibbi, informatika və digər müasir elmi istiqamətlər inkişaf etdirilir.

Elmi prioritetlərin müəyyənləşdirilməsi və fundamental və tətbiqi elmi istiqamətlərin konsepsiyalarının hazırlanmasının əsasında Rusiya və dünya elminə əhəmiyyətli töhfələr verən REA-nın görkəmli alimləri tərəfindən irəli sürülmüş orijinal dərin ideyalar durur. Yüksək missiyasına sadiq qalan peşəkar kollektiv sələflərinin elmi irsi və zəngin təcrübəsinin dəyərini bilir, mədəni irs və tarixi dəyərlərin qorunmasına, elm və təhsilin inkişafına yönələn ənənələri daha da inkişaf etdirir. Sevindirici haldır ki, elmi-texniki tərəqqiyə yönələn tədbirlərin, innovativ layihələrin REA-da həyata keçirilməsi çoxsahəli səmərəli əməkdaşlığa təkan verib.

Daha bir məqamı qeyd etməyi vacib bilirəm. Bir zamanlar REA-nın ənənələri və təcrübəsi əsasında MDB və Şərqi Avropa ölkələrində yaradılan elmlər akademiyaları öz fəaliyyətini bu gün də uğurla davam etdirir. Buna görə mötəbər yubiley təkcə Rusiya üçün deyil, həmin ölkələr üçün də əhəmiyyətli və əlamətdar bir gündür.

Azərbaycan Milli Elmlər Akademiyası uzun illər davam edən səmərəli əməkdaşlığı, bu illər ərzində Azərbaycan və Rusiyanın elmi təşkilatları arasında yaranan tərəfdaşlıq münasibətlərini və qarşılıqlı anlayışı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimizin elmlər akademiyaları arasında qurulan tarixi əməkdaşlıq ənənələri bundan sonra da uğurla inkişaf edəcək, elmi tərəqqi naminə yaradıcı fəallığın möhkəmləndirilməsinin təməlini təşkil edəcək.

Hörmətli Gennadi Yakovleviç!

İcazə verin Sizi və Sizin simanızda Rusiya Federasiyasının elmi ictimaiyyətini bu mühüm və parlaq hadisə – REA-nın 300-illiyi münasibətilə bir daha təbrik edim! Hörmətli həmkarlarımıza möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq uğurları və elmin inkişafına yönələn nailiyyətlər arzulayırıq.

Hörmətlə, akademik İsa Həbibbəyli”

Oxşar xəbərlər

Bütün xəbərlər