Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Müəllimləri 4 günlük iş rejiminə necə keçirmək olar? - Açıqlama

Müəllimləri 4 günlük iş rejiminə necə keçirmək olar? - Açıqlama

Fevralın 1-dən etibarən Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçiriləcək

Bloomberg agentliyinin məlumatına görə, dörd günlük proqram test rejimində istifadəyə veriləcək. Yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək. Dörd günlük həftə tədqiqatı bu ilin avqust ayına qədər davam edəcək və təcrübədə 45 şirkət iştirak edəcək. Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.
Qeyd edək ki, 2023-cü il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq edilib. Qazaxıstanda əmək qanunvericiliyinə edilən dəyişikliyin məqsədi ölkə vətəndaşlarına istirahət üçün daha çox vaxt vermək olub.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, son illər dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib:
"Ancaq Azərbaycanda buna keçid problemdir. Çünki Azərbaycanda 1 milyon 700 min muzdla çalışan işçi var. Onların 900 mindən çoxu büdcə sektorunda çalışır. Yəni müəllimləri 4 günlük iş rejiminə necə keçirmək olar? Bu zaman hansı keyfiyyətdən danışmaq olar? Və yaxud polisi 4 günlük iş rejiminə necə keçirmək olar?! Mümkün deyil".
İqtisadçı qeyd edib ki, kommersiya müəssisələrində, ümumiyyətlə, özəl sektorda da belə bir keçid məntiqli və real görünmür:
"Özəl sektorda elə sahələr var ki, orada həftənin 7 günü iş gedir. Bura kafeləri, restoranları, mağaza və marketləri aid edə bilərik. Bu sahələrdə belə dəyişiklik o qədər asan deyil. Azərbaycanda ən aparıcı sahənin neft-qaz sektoru olduğunu nəzərə alsaq, bu sahədə də iş günlərini azaltmaq mümkün deyil. Çünki bu sahədə 24 saat iş gedir və neft çıxarma qurğuları dayandırıla bilməz. Buna görə də belə bir addım atılması texniki olaraq mümkün deyil. Bu, ancaq universitetlərdə və dövlət idarələrində ola bilər. Bu da hökümətin məsələyə baxışından asılıdır”.
Ekspertin fikrincə, sadəcə dövlət şirkətləri qısaldılmış iş həftəsinə keçidə təşviq edə bilər:
“Məsələn, bu rejimə keçən şirkətlərə vergi güzəştləri ola bilər. Müəyyən təşviq addımları ilə bəlkə də buna nail olmaq mümkün olar”.

Oxşar xəbərlər

Bütün xəbərlər