Riyaziyyatçı alim yeni elmi araşdırmalar aparıb

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda yeni elmi araşdırmalar aparılıb.
Bu barədə "Təhsilmedia.az"a institutdan məlumat verilib.
Bildirilib ki, Riyazi analiz şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Vaqif Quliyevin həmmüəllifi olduğu “Dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarında maksimal və Kalderon-Ziqmund operatorları və onların tətbiqləri” adlı məqalə həmin elmi araşdırmalardan bəhs edir.
Məqalədə yeni dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarının tərifi verilir və bu fəzalarda maksimal və Kalderon-Ziqmund operatorlarının məhdudluğu isbat edilir.
Qeyd edək ki, məqalə “Applicable Analysis” (WoS, IF-1.1) Q3 yüksək impakt faktorlu jurnalda yer alıb.



























