Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının əməkdaşları - laboratoriya müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva və aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru Fatimə Mustafayevanın həmmüəllifi olduqları məqalə "Journal of the Chemical Society of Pakistan” jurnalında nəşr olunub.

Bu barədə "tehsilmedia.info”a institutdan bildirilib.

"New Approaches For The İnterpretation Of The Structure And Phase Transitions İn Nanocomposites Based On Modified Polyolefins And Technical Carbon” ("Modifikasiya olunmuş poliolefinlər və texniki karbon əsasında olan nanokompozitlərin quruluşunun və faza keçidlərinin izahına yeni yanaşma”) adlı məqalədə müəlliflər tərəfindən müxtəlif miqdarda texniki karbon və maleinləşdirilmiş poliolefinlər əsasında olan nanokompozitlərin termomexaniki xassələrinin tədqiqi nəticələri təqdim olunub. Poliolefin olaraq yuxarı sıxlıqlı polietilen, aşağı sıxlıqlı polietilen və polipropilendən, texniki karbon olaraq isə (poliolefinin tərkibinə onun 1.0-20 kütlə % miqdarı daxil edilib) Printex XE 2B markasının 20nm ölçülü nanohissəciklərindən istifadə olunub. Texniki karbonun miqdarının 1.0, 5.0, 10, 20 kütlə % artımı ilə termomexaniki əyrilərin dəyişmə qanunauyğunluqlarının əhəmiyyətli dəyişikliklərə məruz qaldığı müəyyən olunub.

Nanokompozitlərin molekulüstü kristal quruluşu və fazalararası amorf sahəsi barədə müasir nəzəri anlayışlar nəzərə alınmaqla müəyyən edilmiş qanunauyğunluqların izahı üçün yeni elmi yanaşmalar təqdim olunub.

Qeyd edək ki, Web of Science™-in Science Citation Index Expanded™ (SCIE) beynəlxalq bazasına daxil olan jurnal 0.698 impakt faktora malikdir və "Clarivate Analytics”in Q4 kateqoriyasındadır.

Oxşar xəbərlər

Bütün xəbərlər