Xəbər lentiwidget-title-icon

Bakıda Türk dünyası həftəsi keçiriləcək
Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək

Davit Gurgenidzeyə AzMİU-nun fəxri doktoru adı verilib

Davit Gurgenidzeyə AzMİU-nun fəxri doktoru adı verilib

Yanvarın 25-də Gürcüstanın Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia, Texniki Universitetin rektoru Davit Gurgenidze və Kutaisi Beynəlxalq Universitetin rektoru Alexander Tevzadze Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. Səfər çərçivəsində rektorlar AzMİU-nun Elmi Şurasının xüsusi iclasında iştirak ediblər.

Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, strateji regional inteqrasiya layihələrində birgə iştiraklarından bəhs edib.

Dünyanın aparıcı universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən danışan rektor, regionun ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, xüsusilə Gürcüstan Texniki Universiteti ilə əlaqələrə toxunub, AzMİU alimlərinin “ERASMUS+ KA2”, “Beynəlxalq bilik mübadiləsi üzərindən təhsilin islahatları – RETHİNK” “Horizon və bir çox digər layihələr çərçivəsində gürcüstanlı həmkarları ilə yaxından əməkdaşlıq etdiyini bildirib.

Rektor AzMİU və Gürcüstan Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, müqavilə çərçivəsində faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu xatırladaraq bu müqavilənin yenilənməsinə ehtiyac olduğunu bildirib.

Gürcüstan Texniki Universitetin rektoru Davit Gurgenidze öz növbəsində universitetlərarası əlaqələrdən, elm, təhsil sahəsində görülən işlərdən bəhs edib, hər iki universitet alimlərinin bundan sonra da elmin ən yüksək zirvələrini birgə fəth edəcəyinə əminliyini ifadə edib.
Tbilisi Dövlət Universitetinin rektoru Jaba Samushia rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən, iştirakçısı olduğu layihələrdən bəhs edib. Rektor Jaba Samushia AzMİU ilə Tbilisi Dövlət Universiteti arasında mümkün əməkdaşlıq əlaqələrinə diqqət çəkib və bu əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd edib.

Kutaisi Beynəlxalq Universitetin rektoru Alexander Tevzadze də rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib və Azərbaycan universitetləri, o cümlədən AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Görüş zamanı rektorlar – Gülçöhrə Məmmədova və Davit Gurgenidze yenilənmiş müqaviləyə imza atıblar. Tərəflər bu müqavilənin universitetlərarası tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsinə yeni təkan olacağına əminliklərini ifadə ediblər.

Müqaviləyə əsasən, iki universitet arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələri yenilənib. Sənəddə tədris-metodiki əməkdaşlığın istiqamətləri üzrə birgə mütəxəssis hazırlığının aparılması, qarşılıqlı mübadilə əsasında müəllimlərin staj keçməsi, tələbələrin təhsilə və praktikaya cəlb olunması, müəllimlərin diplom layihələrinin və magistr işlərinin müdafiəsi üzrə dövlət imtahan komissiyasının işində iştiraka cəlb edilməsi kimi mühüm məsələlər yer alıb. Elmi-texniki istiqamət üzrə isə konfrans və seminarların keçirilməsi, elmi kadrların hazırlanması, birgə tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Sonra Gürcüstan Texniki Universitetin rektoru, Gürcüstan Respublikasının əməkdar inşaatçısı Davit Gurgenidzeyə ölkələrimiz və universitetlər arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə AzMİU-nun “Fəxri doktoru” adı verilib.

Qeyd edək ki, David Qurgenidze 2006-cı ildə Gürcüstan Enerji Akademiyasının, 2019-cu ildə Gürcüstan Mühəndislik Akademiyasının, 2021-ci ildə Gürcüstan Hüquq Elmləri Akademiyasının həqiqi üzvü – akademiki seçilib. Bundan əlavə o, Polşanın Bialystok Texniki Universitetinin və Ukrayna Milli Aviasiya Universitetinin fəxri professorudur.

Oxşar xəbərlər

Bütün xəbərlər