Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Səfir AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və
universitetin nümayəndələri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə professor Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin universitetlərarası əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb, AzMİU üçün beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor Koreya universitetləri ilə mövcud əlaqələrin genişləndirilməsinin və yeni əməkdaşlıqların qurulmasının vacibliyini qeyd edib.

Çıxışında AzMİU-nun 50 illik fəaliyyətinə və Azərbaycanda memarlıq və inşaat təhsilinin 105 illik ənənəsinə toxunan rektor universitetin müasir maddi-texniki bazası, yenilənmiş laboratoriyaları, rəqəmsal texnologiyaların tətbiqi, güclü kadr və elmi potensialı haqqında məlumat verib. Bildirib ki, AzMİU memarlıq, şəhərsalma, inşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri üzrə ölkənin aparıcı kadr hazırlığı mərkəzidir və eyni zamanda informasiya texnologiyaları və digər sahələr üzrə elmi tədqiqatlar aparan mühüm elmi mərkəzdir. Rektor universitetin beynəlxalq reytinqlərdə mövqelərini ardıcıl şəkildə möhkəmləndirdiyini də diqqətə
çatdırıb.

Səfir Kanq Kımqu səmimi qəbula görə təşəkkür edərək Koreya universitetləri ilə AzMİU arasında əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduqlarını bildirib. O, əməkdaşlığın mərhələli şəkildə qurulmasını nəzərdə tutan ilkin yol xəritəsi təklif edib. İlkin mərhələdə tələbə və professor-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi seminar və konfransların təşkili, növbəti mərhələdə isə ikili diplom
proqramlarının icrası məqsədəuyğun hesab edilib.

Görüşdə AzMİU nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əlaqələrin qurulması istiqamətində atılan addımlar barədə məlumat verərək, bu prosesdə Koreya səfirliyinin dəstəyinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, AzMİU Koreya ali təhsil müəssisələrinin memarlıq, şəhərsalma, inşaat və informasiya texnologiyaları sahələrində qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır. Görüşdən sonra səfir AzMİU-nun Memarlıq və Dizayn fakültələrində olub, fakültələrin maddi-texniki bazası və tədris prosesi ilə tanış olub

Oxşar xəbərlər

Bütün xəbərlər