Elm və təhsil naziri Hacettepe Universitetinin rektoru ilə görüşüb
Dekabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Hacettepe Universitetinin rektoru Mehmet Cahit Gürenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
tehsilmedia.info xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə Hacettepe Universiteti arasındakı əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.




























