Xəbər lentiwidget-title-icon

İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm
Mart soyqırımından 108 il ÖTÜR
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
31 Mart tarixin unudulmayan qanlı səhifəsidir
1918-ci il qırğınları erməni vandalizminin qanlı izləridi
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi
Bu gün Beynəlxalq Sıfır Tullantı Günüdür
Sabahdan bütün təhsil müəssisələrində tədris BAŞLAYIR
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Yeniyetmə voleybolçular çempionatda qalib olub
Qarabağ Universiteti tələbələri Vaşinqton və Vyanada yarışır
Rasim Balayev vəfat edib
"Novruz- 2026" düşərgəsi çərçivəsində İlqar Fəhmi ilə görüş keçirilib
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO

SDU

Dekabrın 18-də Özbəkistan Respublikasının Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialının rəhbərliyi Azərbaycana səfər çərçivəsində Sumqayıt Dövlət Universitetində olub.

tehsilmedia.info xəbər verir ki, səfərin məqsədi ikitərəfli əməkdaşlığın müzakirə edilməsi, əməkdaşlığa dair Memorandumun imzalanması, habelə SDU-nun qabaqcıl təcrübəsinin öyrənilməsi idi.
Görüşü Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov açaraq qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. İki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayan Rüfət Əzizov təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Universitet haqqında dolğun məlumat verən rektor SDU-nun çoxprofilli bir universitet olduğunu və Daşkənd İnformasiya Texnologiyaları Universiteti ilə ortaq əməkdaşlıq imkanlarının mümkünlüyünü xüsusilə vurğuladı.
Hər iki universitetin geniş tədris imkanları və maddi-texniki bazası haqqında müfəssəl məlumatların əks olunduğu videoçarx nümayiş olunduqdan sonra qonaqlar SDU-nun Heydər Əliyev Mərkəzi, kompüter texnologiyaları və proqramlaşdırma, elektron çeviriciləri və ölçmələr, avtomatlaşdırma və informasiya texnikası, texnoloji ölçmələr və texniki vəsaitlər, avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri, eyni zamanda SDU nəzdində tədris məqsədilə yaradılan açıq səma altında Elektroenergetikanın tədris muzeyi və arxeologiya və etnoqrafiya auditoriyası ilə yaxından tanış olublar.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar SDU-da olmaqdan məmnunluğunu ifadə ediblər, təmsil etdikləri ali təhsil müəssisəsi haqqında ətraflı məlumat veriblər. SDU-nun fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətindən danışdılar. Universitetlər arasında elm, təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edərək, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıblar.
Görüşdə SDU-nun Tədrisin təşkili və təlim texnologiyarı üzrə prorektoru dosent Natiq Talıbov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialından isə direktor Nasrullayev Nurbek Baxtiyoroviç, Ümumi işlər üzrə direktor müavini Oçilov Uluqbek Şodimurodoviç, direktorun müşaviri Fozilov Azamat Axmadjonoviç, Elmi işlər üzrə direktor müavini Maxmudov Salimjon Olimjonoviç və Elmi hissənin müdiri Mambetova İndira Jaksımuratovna iştirak ediblər.
Görüş universitetlər arasında Əməkdaşlıq Memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.

Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO
Özbəkistan nümayəndə heyəti SDU-da işgüzar səfərdə olub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər