Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Ankarada “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTO

Ankarada “100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi, Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Hacettepe Universitetinin Mədəniyyət Mərkəzində "100 il: Türkiyə Cümhuriyyəti və Ümummilli Lider Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatlarını ölkələrinin müstəqilliyinin və şərəfinin qorunmasına həsr etdiklərini bildirib.  Azərbaycanın Qarabağı, Şuşanı işğaldan azad etməsinin xoşbəxtliyini hiss etdiklərini qeyd edən Güran bu həmrəyliyin və rəğbətin uzun illər davam etməsini arzulayıb.

AzTU-nun rektoru Prof. Dr. Vilayət Vəliyev Ankarada təşkil olunan konfransın əhəmiyyətindən danışıb. Rektor bildirib ki, böyük şəxsiyyətlər Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqların ən çətin, ehtiyac duyduğu zamanda onların yanında olub. Vilayət Vəliyev deyib ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda "Heydər Əliyev İli” elan edilib. Həm Ümummilli Liderin anadan olmasının 100 illiyi, həm Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi qardaş ölkələr üçün mühüm tarixlərdir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Mustafa Kamal Atatürk və Heydər Əliyev ən çətin dövrdə öz ölkələrinə sahib çıxıblar. Səfir deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün, türk dünyası üçün nümunədir. Rəşad Məmmədov Türkiyə ilə Azərbaycanın eyni ruh və fəlsəfəyə malik olduğunu və bu cür başqa iki ölkənin olmadığını qeyd edib.

Çıxışlardan sonra konfrans Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Prof. Dr. Yonca İldeşin moderatorluğu ilə panel iclasla davam edib. İclasda Bilkent Universitetinin Nanotexnologiya Tədqiqat Mərkəzinin müəllimi Prof. Dr. Əmrulla Mehmetov Ulu Öndərin Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərini konkret faktlarla diqqətə çatdırıb. Hacettepe Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Özləm Pınar isə Azərbaycan və Türkiyə əlaqələri barədə geniş məruzə ilə çıxış edib. 

Konfrans konsert proqramı ilə davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər