Məktəblərin fəaliyyət planları təhlil olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə fəaliyyət planları təhlil olunub.
BŞTİ-dən "tehsilmedia.info" a bildirilib ki, fəaliyyət planları əvvəlcədən müəyyənləşdirilmiş 9 meyar üzrə ölçülüb və təhlil hesabatı hazırlanıb. Fəaliyyət planlarının təhlil olunmasında əsas məqsəd təhsil müəssisələrinin illik fəaliyyətlərinin tələblərə uyğun olmasını müəyyənləşdirmək və spesifik planların hazırlanmasına dəstək olmaqdan ibarətdir.




























