Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

MDU-da konfrans: “Zərifə xanım Əliyeva: Daim ürəklərdə yaşayan nurlu və xeyirxah insan” - FOTOLAR

2023-cü ilin mayın 2-də Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan "Zərifə xanım Əliyeva: Daim ürəklərdə yaşayan nurlu və xeyirxah insan” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info" a MDU-dan bildirilib. 

Əvvəlcə Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Rektor çıxışında Zərifə xanım Əliyevanı dəyərli alim, mehriban və qayğıkeş oftalmoloq həkim kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və yaxın silahdaşı, müasir qüdrətli dövlətimizin başçısı və müzəffər Ali Baş Komandan İlham Əliyevin anası Zərifə xanım Əliyeva zəngin və şərəfli ömür yolu keçib, çoxşaxəli uğurlu fəaliyyətləri ilə xalqımızın qəlbində əbədi izlər qoyub. Şəxsiyyətin formalaşmasında ailə mühitinin rolundan danışan rektor xalqımıza və dövlətimizə qalib lider yetişdirən Zərifə xanım Əliyevanı qəhrəman və cəfakeş ana kimi səciyyələndirib. Prezident İlham Əliyev kimi müdrik şəxsiyyət və qəhrəman sərkərdəyə sahib olduğumuz üçün Zərifə xanıma borclu olduğumuzu bildirən Ş.Bayramov onun nümunəvi həyat yolunun gənc nəsillər arasında təbliğ edilməsinin önəmini diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra, akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Daha sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova "Zərifə xanım Əliyevanın nur saçan portreti”, dosent Namaz Manafov "Böyük ziyalılıq və xeyirxahlıq nümunəsi: Zərifə Əliyeva”, Təhsil fakültəsinin dekan müavini, dosent Flora Namazova "Həyatı və əməlləri ilə başqalarının da ömrünü işıqlandıran xeyirxah alim”, müəllim Ayna Babazadə "Gənclərə örnək olan nurlu ömür salnaməsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan çoxsaylı tədbirlər həyata keçirilir.

Oxşar xəbərlər

Bütün xəbərlər