Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN

201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva vəzifə səlahiyyətlərindən yararlanaraq məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid və şantaj edir. Bununla da keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidliyə məcbur edir. Bu barədə artıq ölkənin bütün KİV-lərində məlumatlar, səs yazıları paylaşılıb. Hətta iş məhkəməyə qədər gedib çıxıb. Ancaq direktor Afaq Əliyeva öz qanunsuz əməllərindən nəticə çıxarmaq və ən azından səhvlərini etiraf etmək əvəzinə, indi də onun səs yazılarını yayan müəllim Lalə Şəfaqətovanı cəzalandırmaq niyyətinə düşüb. Təbii ki, Lalə Şəfaqətova direktor Afaq Əliyeva tərəfindən dəfələrlə təhdidə məruz qaldığı və şantaj edildiyi, eləcə də keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidliyə təhrik olunduğu üçün məcbur qalaraq direktorun səsini yazıb. Ancaq görünür, Lalə Şəfaqətovadan qisas almaq hissi Afaq Əliyevanı rahat buraxmır və o, indi də müəllimi işindən uzaqlaşdırmaq üçün tələ qurmaq qərarına gəlib.

Tehsilmedia.az saytına daxil olan məlumata görə, direktor Afaq Əliyeva dünən Pedaqoji Şura adı ilə iclas çağrıb. Lakin iclas başlayan kimi məktəb həmkarlar təşkilatının yığıncağına çevrilib. Gündəlikdəki əsas məsələ isə Lalə Şəfaqətovanın işdən çıxarılması ilə bağlı müzakirələr olub. İclası məktəb həmkarlar təşkilatının sədri Təranə Günaydın aparıb. Lalə Şəfaqətovanın işinə xitam verilməsi məsələsi iclasda səsə qoyulub. Təbii ki, direktor tərəfindən təlimatlandırılan 6 nəfər bu qərarın leyhinə səs verib. Bundan sonra Təranə Günaydın qərarın qəbul edildiyini açıqlayıb. Ancaq maraqlı məqam ondan ibarətdir ki, Afaq Əliyeva Nəriman Vəliyev və Elnurə Ramazanova məktəb həmkarlar təşkilatının üzvü deyil. Bu halda onların səsvermədə iştirakı qanunsuz sayılmalıdır. Hazırda həmin iclasın protokolu da ləğv edilib. Lakin görünən odur ki, direktor Afaq Əliyeva bu qədər qanunsuzluqlarına rəğmən yenə də özbaşınalıqlarını davam etdirir və heç nədən çəkinmir.

Bütün bunlarla yanaşı Afaq Əliyeva Lalə Şəfaqətovaya daha bir zərbə vurmaq qərarına gəlib. Məktəbi dövlətin yox, öz qanunları ilə idarə edən Afaq Əliyeva hətta dövlət sənədi sayılan sinif jurnalını belə oğurlamaqdan, gizlətməkdən çəkinmir. Belə ki, Lalə müəllimə hesabat vaxtı olduğu üçün jurnal yazmaq istəyib. Ancaq sinif rəhbəri olduğu 10p1 sinifinin jurnalını tapa bilməyib. Müəllimlərdən soruşub, direktor müavini Nəriman Vəliyevi xəbərdar edir. Ancaq müavin jurnaldan xəbəri olmadığını və sinif rəhbərinin ( Lalə Şəfaqətova - red) cavabdehlik daşıdığını bildirib. Direktora xəbər verilməsi üçün məlumat göndərib. Ancaq Bunun da faydası olmayıb. Səhəri gün Lalə Şəvəqqətova Təhsil Nazirliyinin portalına yazılı surətdə müraciət edib. Bildirib ki, direktor Afaq Əliyeva onu şərləmək və töhmət vermək üçün jurnalı gizlədib. Həmin gün xəbər çıxmadığından Lalə müəllimə "102"yə müraciət edib və jurnalın itidiyini bildirib. Bundan sonra müvafiq polis bölməsində izahat yazmağa çağırılıb. Lakin polis tərəfindən direktora müraciət edildikdə Afaq Əliyeva jurnalın itmədiyini deyib və heç bir problem olmadığını bildirib. Məsələ orasındadır ki, bu hadisəni bir dəfə Afaq Əliyeva 201 saylı məktəbin direktor müavini işləmiş Svetlana Hüseynovanın da başına gətrib. İndi də Lalə Şəfaqətovanı şərləmək və töhmət vermək üçün eyni ssenarini təkrarlayır. Ancaq Təhsil Nazirliyi 201 saylı məktəbi kriminal və yeraltı qanunlarla idarə edən Afaq Əliyeva barəsində qanunamüvafiq ölçü götürmür. Onun etdiyi özbaşınalıqlar nəticəsində çoxdan tutduğu vəzifədən kənarlaşdırılması labüd olsa da, nədənsə, hələ bu addım atılmır. Hələ bu azmış kimi direktor Afaq Əliyeva bütün ölkədə yayılan səs yazılarının ona məxsus olmadığını iddia edir və bunun montaj olduğunu bildirir. Ancaq necə deyərlər, dövlət və onun qanunları var. Aidiyyatı üzrə müvafiq ekspertiza aparıla və səs yazılarının həqiqətən Afaq Əliyevaya məxsus olduğu üzə çıxa bilər. Təəssüf ki, bu istiqamətdə də müvafiq qurumlar tərəfindən hələ addım atılmayıb. Hərçənd, ümid edirik ki, Afaq Əliyevanın qanunsuzluqlarına hüquqi qiymət veriləcək, haqq-ədalət bərpa olunacaq və ən əsası da 201 nömrəli məktəb hegemon direktorun pəncəsindən xilas olacaq.

Tehsilmedia.az

Oxşar xəbərlər

Bütün xəbərlər