“Məktəb proqramları bəzi hallarda dar çərçivədə qalır”.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev 2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı danışıb:
“Proqramlarda elə fənlər var ki, onlar sizə lazım olan bacarıqları vermir. Bu proqramların icrası da əvvəlki illərdən bəri tətbiq olunur.
Məsələn, 2007-2015-ci illər arasında tədris planında dəyişikliklər aparıldı. Bu dəyişikliklər də sizin bilik və bacarıqlarınıza təsir edib. Bütün bunlar Nazirlik tərəfindən müəyyənləşdirilmiş və icra olunmuşdur. Son illərdə də bu istiqamətdə işlər davam etdirilir. Bu proqramlar nəticəsində ölkənin ən yüksək reytinqli universitetlərinə qəbul olunan şagirdlərimiz var. Qeyd etmək istəyirəm ki, bu il də biz eyni yanaşmanı davam etdirəcəyik”.