“Biz təhsil olaraq bu mərhələdə qalib olmaqla kifayətlənmirik. Ən aşağı yaşlardan etibarən artıq bilirik ki, bu nəticələr hansı baza üzərində qurulmalıdır. Dördüncü sinfin sonunda artıq nəticələri görürük”.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev 2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı danışıb:
“Bugünkü RFO iştirakçıları arasında da əvvəldən olimpiada qalibi olmuş şəxslər çoxdur. Ən yaxşı nəticə verənlər testlərdə uğur qazanmış və qalib olmuş şəxslərdir. Müsahibələrdə iştirak edən və başqa sahələrdə seçilən insanlar da o mərhələdə qazandıqları təcrübə sayəsində bu gün uğur əldə edirlər. Bütün bu proseslər sistemli şəkildə həyata keçirilir. Bununla yanaşı, bizim üçün vacib olan məsələ təhsil sistemini bir qədər sadələşdirməkdir”.