Sumqayıtda 10 yaşlı uşaq vəfat edib
Sumqayıtda 10 yaşlı uşaq ürək çatışmazlığından ölüb.
tehsilmedia.info xəbər verir ki, 2013-cü il təvəllüdlü Nuray Mahir qızı Abdulova Sumqayıt şəhər uşaq xəstəxanasında ölüb.
Ölümə ürək çatışmazlığının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.




























