Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Abbas İsmayılov: Naxçıvanda 18 mindən çox uşaq məktəbəqədər təhsil pilləsindən kənarda qalıb

Abbas İsmayılov: Naxçıvanda 18 mindən çox uşaq məktəbəqədər təhsil pilləsindən kənarda qalıb

“Muxtar respublikada məktəbəqədər təhsil müəsisəsi olan bağçaların çatışmazlığından ümumilikdə 18171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır”.

tehsilmedia.info xəbər verir ki, bu sözləri bu gün Naxçıvanda sahibkarların iştirakı ilə ilk dəfə keçirilən infoturda APA-nın yerli bürosuna açıqlamasına Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib. O bildirib ki, muxtar respublikada ümumilikdə 20 məktəbəqədər dövlət təhsil müəssisəsi olan bağça fəaliyyət göstərir: “Bu bağçalarda 201 qrup üzrə ümumilikdə 3775 uşaq tərbiyə alır. Bağçalarda orta hesabla ümumilikdə 900-dan çox işçi çalışır. Bir bağçaya düşən işçi sayı orta hesabla 45 nəfər, bir baxçaya düşən uşaq sayı təqribən 220 nəfərdir. Muxtar respublikada məktəbəqədər təhsil müəsisəsi olan bağçaların çatışmazlığından ümumilikdə 18171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Məktəbəqədər təhsil pilləsindən kənarda qalanların 2345-i, yəni 13 faizi Naxçıvan şəhərinin, 15826-sı, yəni 87 faizi isə rayonların payına düşür”.
“Ümumilikdə muxtar respublika üzrə müvafiq yaş qrupu üzrə 21946 uşaqdan yalnız 17 faizi (3775 uşaq) bağçaya gedə bilir. Beləliklə muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır. Bütün bunlar bu sahənin perspektiv inkişafa nə qədər uyğun olduğunu göstərir. Həmçinin qeyd edilən sayda bağçanın muxtar respublikada tikilməsi və fəaliyyətə başlaması özlüyündə məşğulluğun təmin olunmasına böyük töhvələr verə bilər” – deyə Abbas İsmayılov vurğulayıb.

Ceyhun Məmmədov

Oxşar xəbərlər

Bütün xəbərlər