Xəbər lentiwidget-title-icon

“Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik”
Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndərin məzarı ziyarət edib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub

Həyəcan TƏBİLİ – “Uşaqlarınızı sosial şəbəkə və oyunlardan uzaq tutun!”

Həyəcan TƏBİLİ – “Uşaqlarınızı sosial şəbəkə və oyunlardan uzaq tutun!”

Uşaqlar arasında yayılmış aqressiyanın kökündə bəzən sosial şəbəkə amili dayanır. Onlar sosial şəbəkələrdə gördüklərini və eşitdiklərini öz hərəkətlərinə tətbiq edirlər. Bir çox hallarda isə bu xoşagəlməz hadisələrin yaşanmasına qədər gətirib çıxarır.

Uşaqları sosial şəbəkələrin mənfi təsirlərindən necə qorumalıyıq? Bunun üçün hansı addımlar atılmalıdır?

tehsilmedia.info xəbər verir ki ,informasiya Texnologiyaları (İT) mütəxəssisi Rəşad Zeyvəliyev AzEdu.az-a mövzu ilə əlaqədar açıqlama verib.

Mütəxəssis bildirib ki, uşaqları sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq üçün mütləq valideyn nəzarəti olmalıdır: “Bəzi hallarda valideyn məsuliyyətsiz yanaşaraq azyaşlı uşaqlara, eləcə də məktəblilərə telefon alıb verir və nəzarətsiz buraxır. Bu səbəbdən uşaqlar onlar üçün uyğun olmayan proqramlara, tətbiqlərə daxil olur, oyunlar oynayır. Bunun qarşısını almaq üçün Android və İOS sistemlərində “valideyn nəzarəti” rejimi mövcuddur. Bu sistemlə azyaşlılar hər hansısa oyun yükləmək istəyəndə, yaxud qadağan olunmuş nələrisə etməyə cəhd etdikdə, məhdudiyyət aktivləşir. Uşaqların psixologiyasını təhdid edə biləcək oyunları və ya proqramları nəzarət rejimi avtomatik bloklayır. Hansı ki, buraya şiddət əks etdirən, qeyri-etik məzmunlu proqramlar daxildir. Qeyd edim ki, “Youtube” sosial şəbəkəsində də bu nəzarət rejimi mövcuddur”.

Zeyvəliyev qeyd edib ki, bir çox oyunlarda insan psixologiyasına zərər yetirən epizodlar mövcuddur: “Təcrübəyə əsasən deyə bilərik ki, bir vaxtlar aktual olan “Mavi Balina” oyununun qurbanları da məhz uşaqlar idi. Uşaqlar oyuna aludə olaraq müxtəlif tapşırıqları yerinə yetirirdilər. Təəssüf ki, nəticədə yüzlərlə uşaq özünə qəsd edərək oyunun qurbanına çevirildi. Düzdür, müəyyən qədər fəsadlardan sonra bu kimi bir çox oyun bloklandı. Ancaq hələ də uşaqların psixologiyasına zərər verən, onları şiddətə sövq edən bir çox amil sosial şəbəkələrdə də mövcuddur. Məsələn, adi bir oyunda belə nəinki uşaq, hətta yetkin insanın psixologiyasına belə zərər vura biləcək mənfi təsir göstərən epizodlar yayımlanır. Misal olaraq deyə bilərəm ki, müharibə, döyüş simulyasiya oyunlarında qan, silah, insan qətli tipli pis təsirə malik xoşagəlməz fraqmentlər mövcuddur ki, bu da uşaqların şüuraltına yerləşərək onlarda şiddətə meyillilik, psixoloji gərginlik, ətrafdakılara və özlərinə qarşı aqressiya yaradır. Bunların hamısı valideyndən asılı olan haldır. Valideynlər çalışmalıdır ki, uşaqları ciddi təhlükəli sosial şəbəkə və digər platformalardan uzaq tutsun. Əgər bu da mümkün deyilsə, o halda maksimum dərəcədə nəzarət etsin”.

Müsahibimiz vurğulayıb ki, xüsusi valideyn nəzarət proqramları mövcuddur: “Bəzi nəzarət proqramları var ki, böyüklər bunu bir-birlərini izləmək üçün istifadə edirlər, ancaq xarici təcrübəyə əsasən deyə bilərik ki, bu proqramların məqsədi valideynin öz uşağının telefonuna yükləyərək onun hərəkətlərini izləməyi üçündür. Başqasının telefonuna müdaxilə hesab olunduğu üçün bu proqramlara ölkəmizdə bu proqrama rəsmi şəkildə icazə yoxdur. Proqramların üstünlüyü ondan ibarətdir ki, uşağın harada olmasını belə valideyn izləyib müəyyən edə bilir. Ancaq məhz xoş niyyətlə və azyaşlılıarın nəzarətdə saxlanması üçün istifadə olunarsa, daha yaxşı olar”.

Oxşar xəbərlər

Bütün xəbərlər