Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

BMU-İNHA ikili diplom proqramı Koreya mətbuatında dərc olunub

BMU-İNHA ikili diplom proqramı Koreya mətbuatında dərc olunub

Koreya Respublikasının (Cənubi) aparıcı media saytında Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı (İDP) haqqında məqalə (https://n.news.naver.com/article/020/0003533148?sid=102) dərc olunub.

tehsilmedia.info xəbər verir ki, məqalədə Koreyanın ilk universitet təhsili ixrac modelini yaradan İNHA Universitetinin “Təhsildə Koreya dalğası” yaratmaq məqsədi ilə hazırda beynəlxalq təhsil mübadiləsi üzrə iki layihəni həyata keçirdiyi vurğulanıb. Sözügedən layihələrdən biri Azərbaycanın Bakı Mühəndislik Universiteti ilə birgə icra olunan ikili diplom proqramdır.

Məqalədə BMU ilə İNHA Universitetinin 2020-ci ildən etibarən “3+1” modeli əsasında həyata keçirdiyi ikili diplom proqramının şərtləri də qeyd olunub. Bildirilib ki, iki ali təhsil müəssisəsi arasında əvvəlcədən rəsmi təsdiqlənmiş kurikuluma əsasən, yerli tələbələrin üç il BMU-da təhsil alması, ixtisasla yanaşı, Koreya dil biliklərinə yiyələnməsi, son bir il müddətində isə İNHA Universitetində təhsillərini tamamladıqdan sora hər iki universitetdən dərəcələr alması nəzərdə tutulur.

Eyni zamanda, informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi kimi proqram ixtisaslarında 386 tələbənin təhsil alması, onlardan 61 nəfərin hazırda dördüncü kursu İNHA Universitetində davam etdirməsi və gələn il proqramın ilk məzunlarının olacağı vurğulanıb. Məqalədə 61 nəfərdən biri Aysel Həsənova soyadlı tələbənin fikirlərinə də yer ayrılıb: “Təkcə keyfiyyətli dərs sistemi deyil, həm də Koreya mədəniyyəti ilə tanış olmağa imkan verən bir çox proqramlarda iştirak etdiyimdən universitet həyatım maraqlı və məhsuldar keçir. Bu 1 il ərzində səylə çalışaraq iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək istəyirəm".

Sonda İNHA Universitetinin beynəlxalq təhsil əməkdaşlığı layihəsinin Azərbaycanda uğurlu olduğu və uzunmüddətli perspektivdə əməkdaşlıq layihəsinin genişləndirilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər