Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

“Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub

“Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub.

tehsilmedia.info xəbər verir ki, kitab ilk dəfə 2012-ci ildə Azərbaycan dilində çap edilib.

Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə özündə əks etdirən ilk fundamental monoqrafiya 4 böyük bölmədən ibarətdir. “Qədim və orta əsrlərdə Azərbaycanda dövlət və din münasibətləri”, “Yeni dövrdə Azərbaycanda dövlət və din münasibətləri”, “Ən yeni dövrdə Azərbaycan Respublikasında dövlət və din münasibətləri” adlı bölmələrdə dövlət-din münasibətlərinin ayrı-ayrı ictimai-siyasi formasiyalar sistemində özünəməxsus keyfiyyətlər qazanaraq böyük intibah dövrü keçməsi, onun müstəqil Azərbaycan Respublikasının timsalında formalaşmış tarixi xronologiyası mükəmməl şəkildə təqdim olunur. Həmçinin nəşr Azərbaycanda dövlət-din münasibətləri tarixi, müxtəlif dinlərin yayılması və onların müasir vəziyyəti, o cümlədən ölkə ərazisində mövcud olan dövlətlərin din siyasəti barədə obyektiv məlumatlar əldə etmək imkanı yaradır.

Əsərin böyük bir hissəsi dövlətin həyata keçirdiyi din siyasəti problemlərinin işıqlandırılmasına həsr edilib. Kitabda Ümummilli Lider Heydər Əliyevin müstəqil milli dövlət quruculuğu sahəsində işləyib hazırladığı din siyasəti, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi, dini abidələrimizin bərpası və dini dözümlülük ənənəsinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açılıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirilib.

Qeyd edək ki, monoqrafiyaya tarixi-dini məbədlər barədə məlumatlar və fotolar da daxildir. Kitabın redaktorları ilahiyyatçı Gündüz İsmayılov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarov, tərcüməçisi isə Azərbaycanın əməkdar jurnalisti Əli Səidovdur.

Rusdilli oxucu kütləsi üçün nəzərdə tutulan kitab dinlə əlaqəli tədqiqat aparan mütəxəssislər, dinşünaslar, ilahiyyatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli töhfədir.

Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması tərəfindən çap olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər