Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir

Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 12 illiyinin qeyd olunduğu gündə keçirilən tədbirdə millət vəkilləri, universitet rektorları, hər iki ali təhsil müəssisəsinin nümayəndələri, tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibətilə təbrik edərək bu ali təhsil ocağının yetişdirdiyi çoxsaylı sənətkarlarla mədəniyyət və incəsənətə böyük töhfələr vermiş ali təhsil müəssisəsi olduğunu bildirib. Rektor Mədəniyyət və İncəsənət Universitetinin BANM-in ən yaxın dostlarından, tərəfdaşlarından biri olduğunu, yüksək səviyyədə əməkdaşlıq həyata keçirildiyini qeyd edib və Ali Məktəbin yaranması ilə eyni gündə burada Universitetin 100 illiyinin qeyd olunmasının dostluğun daha bir göstəricisi olduğunu vurğulayıb.

Yubiley tədbirində çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqpərvərliyə görə təşəkkür edərək Bakı Ali Neft Məktəbini yaranmasının 12 illiyi münasibətilə təbrik edib. O bildirib ki, BANM gənc olmasına baxmayaraq qısa müddətdə böyük uğur əldə edib. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını xatırladan Ceyran Mahmudova 100 illik tarixin fəxr və qürurla dolu olduğunu, bu illər ərzində Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edən saysız məzunlar yetişdiyini, bu gün Universitetdə incəsənətin bütün növlərində tədris həyata keçirildiyini vurğulayıb.

Sonra hər iki rektor tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsert proqramı ilə davam edib. Konsertdə Universitetinin müəllim, tələbə və məzunları ilə yanaşı, Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyevanın ifasında musiqi nörmələri səsləndirilib.

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər