İnzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə "tehsilmedia.info"a DİM-dən bildirilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
1 nəfərin üzərində "ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.
Mayın 1-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.



























