Xəbər lentiwidget-title-icon

Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar
73 saylı tam orta məktəbin önündə İNSİDENT – Valideynlər arasında BIÇAQLANMA !
"Son zəng" tədbirlərinin keçirilmə tarixi açıqlandı
Azərbaycan dili tədrisində yenilik: kurikulum və dərsliklər müasirləşdirilib
Dərsə geçikən tələbələrə davamiyyətdə güzəşt olacaq? - RƏSMİ
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT
Məktəb ətrafında təhlükəsizlik iddiası: məktəbdən rəsmi AÇIQLAMA
Süni intellektlə saxta video və foto düzəldənlərin nəzərinə!
Tərbiyə məqsədilə uşağı döyənlər bu qədər cərimə olunacaq
Təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.
Bu təhsil mərkəzinə direktor müavini təyin EDİLDİ
Bu uşaq məktəbə getmirdi? - Deputatdan ETİRAZ
Yandırılan məktəblinin son durumu açıqlandı
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib
Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb
Növbəti buraxılışın nəticələri bu həftə açıqlanacaq? - DİM
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Ən sadə mətbəx məhsulları ilə belə laboratoriya mühiti yaradırıq – Göygölün fərqli kimya müəllimi
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək - Nazir
“Azərbaycanda müəllimlərə hər an müraciət etmək mümkündür” - Keniyalı tələbə
ADY şagirdlərə təlim keçdi - Fotolar

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

"Heydər Əliyev İli” çərçivəsində Almaniyanın Maqdeburq şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin, Diaspor Boks Liqasının idman zalının və “Ana dili” məktəbinin açılış mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının təşkilkatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev açıb. Bildirib ki, hazırda Almaniyadakı soydaşlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi parlaq qələbə sayəsində qalib xalqın diasporu kimi qürur içində yaşayır.

O, Almaniyadakı icmamızın idman sahəsində daha böyük uğurlara nail olması üçün Maqdeburqdakı azərbaycanlıların rəhbərlik etdikləri müxtəlif klubları bir yumruq kimi birləşməyə çağırıb.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yeni idman zalı və “Ana dili” məktəbindən ibarət olan növbəti Azərbaycan Evinin açılması münasibətilə Maqdeburq şəhərində və ətrafında yaşayan soydaşlarımızı təbrik edib. Qeyd edib ki, dövlətimizin bütün uğurlarının və qələbələrinin əsasında bu il 100 illiyini qürur içində qeyd etdiyimiz ümummilli lider, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniyada yaşayan soydaşlarımızın hər zaman Azərbaycanın nailiyyətlərini dəstəklədikləri, bunu öz fəaliyyətləri ilə nümayiş etdirdikləri vurğulanıb: “Ali Baş Komandanın bizə bəxş etdiyi qələbəni xaricdə yaşayan soydaşlarımız öz fəaliyyətində və həyatında uca tuturlar”.

Komitə sədri xatırladıb ki, Dünya Azərbaycanlıların V Qurultayında dövlət başçımızın soydaşlarımızın sıx yaşadığı şəhərlərdə Azərbaycan evlərinin daha intensiv şəkildə açılmasına dair xüsusi tapşırığı olub: “Biz bu tapşırığı yerinə yetiririk. Hazırda dünyanın 20-dən çox şəhərində Azərbaycan Evi fəaliyyət göstərir. İndi isə Maqdeburqda təkcə idman zalı və məktəb açılmır, eyni zamanda soydaşlarımızın bir araya gəlməsi üçün böyük bir ocaq açılır. Siz bilməlisiniz ki, Prezident İlham Əliyev övladlarımızın sağlam böyüməsi, Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrənməsi, soydaşlarımızın sağlam həyat tərsi keçirməsi, dünyanın müxtəlif ölkələrində nüfuzlu mövqelərə malik olmaları üçün bütün layihələri tam dəstəkləyir. Əgər dövlət başçımızın dəstəyi olmasaydı, biz belə layihələri həyata keçirə bilməzdik”.

O, Maqdeburqdakı Azərbaycan Evinin açılmasında və qurulmasında əməyi olan bütün soydaşlarımıza, hər zaman xalqımıza dost münasibəti sərgiləyən ictimai xadim, Xocalı soyqırımı haqqında kitabın müəllifi Dr. Rolf Kunsa və Maqdeburq şəhər şurasının üzvü Bernd Heynemana minnətdarlığını bildirib. Soydaşlarımızı diasporumuzun güclü olması naminə birlik və həmrəylik göstərməyə çağırıb.

Mərasimdə Diaspor Boks Liqasının baş məşqçisi Şamil Kərimov, Dr. Rolf Kunş, boksçu Aleksandr Frank, “Odlar Yurdu” klubunun prezidenti, boks üzrə dünya çempionu Azad Əzizov və başqaları çıxış ediblər. Bu əlamətdar hadisə ilə bağlı soydaşlarımızı təbrik edən, xoş arzularını bildirən natiqlər soydaşlarımıza diqqət və qayğı göstərən Azərbaycan dövlətinə təşəkkür ediblər. “Gənclər və uşaqlar üçün belə idman zalının və məktəbin açılması böyük nailiyyətdir. Azərbaycanın hər zaman dostu olmuşam və dostu olaraq da qalacağam”, - deyə R.Kunş vurğulayıb.

Qonaqlar idmançıların boks zalında məşqini və “Ana dili” məktəbinin ilk dərsini izləyiblər.

Qeyd edək ki, 11 ildir Almaniyanın Maqdeburq şəhərində davamlı fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin yarışları artıq bu il sentyabrın 1-dən nüfuzlu “BoxRec” saytındakı dünya reytinq cədvəlinə düşüb. Bu addım ulu öndər Heydər Əliyevin adını daşıyan kəmərlərin bütün dünyada tanıdılması məqsədilə atılıb.

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

Maqdeburqda “Ana dili” məktəbi açılıb - FOTOLAR

Oxşar xəbərlər

Bütün xəbərlər