AƏSMA-da "Sosial işin psixoloji aspektləri" mövzusunda təlim keçirilib - FOTO
Noyabrın 17-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Sosial iş fakültəsi, HİH və sosial ənlər kafedrasının müəllimi Kənan Abbasovun təşkilatçılığı ilə Respublikanın tanınmış psixoloqlarından olan Məleykə İsmayılova tərəfindən "Sosial işin psixoloji aspektləri" mövzusunda təlim keçirilib.
tehsilmedia.info xəbər verir ki, Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, təlimdə koqnitiv-bihevorial terapiya, düzgün kommunikasiya bacarıqları, fərqli keyslər, o cümlədən bədən dili kimi mövzularda çıxışlar olub.
Təlimdə tələbələr də fəal iştirak ediblər.


































