Bağça müəllimlərinin işə qəbulu üzrə test imtahanı keçirilib
Ölkə üzrə 17 imtahan mərkəzində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyindən tehsilmedia.info - a bildirilib ki, müsabiqənin müsahibə mərhələsi və namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanları tərəfindən aparılacaq.




























