Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

UNEC və EGE Universitetinin təşkilatçılığı ilə tədbir keçirilib

UNEC və EGE Universitetinin təşkilatçılığı ilə tədbir keçirilib

9 Noyabr - Bayraq Günündə Azərbaycanın Türkiyədəki səfirliyinin, UNEC-in və Türkiyənin Ege Universtetinin təşkilatçılığı Türkiyə Cümhuriyyətinin yaranmasının və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ege Universitetində tədbir keçirilib.

Bu barədə UNEC-dən tehsilmedia.info - a məlumat verilib.

Bildirilib ki, tədbir Heydər Əliyevin həyat yoluna və Cümhuriyyətin 100 illik yubileyinə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə Ege Universitetinin rektoru professor Necdet Budak, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov, UNEC-in prorektoru dosent Gəray Musayev, hər iki universitetinin nümayəndələri, akademik heyəti, Ege Universitetində təhsil alan azərbaycanlı tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
Ege Universitetinin rektoru prof. Necdet Budak Türkiyə Cümhuriyyətinin yaranmasının və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün rəhbərlik etdiyi universitetdə qeyd olunmasından qürur duyduğunu bildirib. 1991-ci ildə müstəqillyini elan edən Azərbaycanı ilk tanıyan dövlətin Türkiyə Cümhuriyyəti olduğunu deyən rektor, “Bir millət, iki dövlət” devizi altında hər iki ölkə arasında əməkdaşlığın bu gün bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
Prof. Necdet Budak Ege Universiteti barədə məlumat verərək, burada 1106 azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. UNEC ilə Ege Universiteti arasında “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərindən, eyni zamanda Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə bağlı xarici siyasətindən danışıb. Səfir ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın davam etdirdiyi bu günkü uğurlu siyasətin təməlində məhz Ulu Öndər Heydər Əliyevin ideyalarının dayandığını bildirib.
UNEC-in prorektoru dosent Gəray Musayev Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının ölkələrimiz arasındakı münasibətləri tarixdə görünməmiş səviyyəyə yüksəltdiyini söyləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq və səmimiyyətə əsaslanan əməkdaşlığı nəticəsində bu gün çox dəyərli günlərin yaşandığını qeyd edib.
Ege Universiteti ilə əməkdaşlıqdan söz açan G.Musayev, hər iki universitet arasında bu ildən start verilən ikili diplom proqramı çərçivəsində 20 azərbaycanlı və 10 türkiyəli tələbənin təhsilə başladığını bildirib. Əməkdaşlıq çərçivəsində universitetlər arasında digər layihələrin də həyata keçiriləcəyini vurğulayıb.
Sonra Ege Universitetinin Ədəbiyyat Fakültəsinin professoru Həsən Mərt Türkiyə və Azərbaycanın yaranma tarixi, UNEC-in Mühəndislik fakültəsinin dekanı dos. Elçin Səmədov isə Ulu Öndər Heydər Əliyevin həyat yolu və Azərbaycanın müstəqillik uğrunda mübarizəsi barədə təqdimatlarla çıxış ediblər.
Tədbir UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin və Ege Universitetinin Dövlət Türk Musiqisi Konservatoriyasının hazırladığı “Xəzərdən Egeyə” musiqili konsert proqramı ilə başa çatıb.

Oxşar xəbərlər

Bütün xəbərlər