Mədəniyyət nazirinin Sumqayıtda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən oktyabrın 27-də saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Nazirlikdən "tehsilmedia.info"a bildirilib ki, vətəndaşların qəbulu oktyabrın 31-də saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.



























