Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

BDU-da akademik Bəhram Əsgərovun 90 illik yubileyi qeyd olunub

BDU-da akademik Bəhram Əsgərovun 90 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycanda bərk cisimlər fizikası nəzəriyyəsinin əsasını qoymuş akademik Bəhram Əsgərovun 90 illik yubileyi qeyd olunub.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev Bəhram Əsgərovun Azərbaycan elmində, BDU-nun inkişafında əvəzedilməz rolu barədə danışıb, onun elmi irsinin dünya alimləri tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, Bəhram Əsgərovun dəyərli alim, gözəl müəllim və insan kimi onu tanıyanların, tələbələrinin qəlbində daim yaşayacağını bildirib. Rektor görkəmli alimin elmi irsinin, həyatının tələbələrə daha yaxından tanıdılması üçün onun haqqında xatirələr kitabının hazırlanmasının və elmi əsərlərinin təkrar nəşrinin nəzərdə tutulduğunu bildirib.

Fakültə dekanı Bəxtiyar Paşayev isə tanınmış alimin elmi fəaliyyəti, yetirdiyi alimlər haqqında məlumat verib.

Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov akademik Bəhram Əsgərovun həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, bərk cisimlər fizikası nəzəriyyəsinin yaranmasında və inkişafında Bəhram Əsgərovun elmi tədqiqatları, əsərləri və monoqrafiyalarının əhəmiyyətini vurğulayıb, görkəmli alimin müəllifi olduğu dərslik və dərs vəsaitlərinin təkcə Azərbaycanda və keçmiş SSRİ-də deyil, dünyanın bir sıra universitetlərində alimlərin, müəllim və tələbələrin stolüstü kitabına çevrildiyini diqqətə çatdırıb.

Bərk cisimlər fizikası kafedrasının professoru, uzun müddət Bəhram Əsgərovla çiyin-çiyinə çalışmış Məmməd Əliyev xatirələrini danışıb, onun həm Azərbaycanda, həm də digər ölkələrdə böyük nüfuza malik olduğunu, Türkiyənin Hacettepe Universitetində qısa müddətdə bərk cisimlər fizikası elmi məktəbini yaratdığını, qardaş ölkə üçün nəzəriyyəçi-fiziklər yetişdirdiyini qeyd edib.

Bərk cisimlər fizikası kafedrasının dosenti Eldar Həsənov, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev çıxışlarında Bəhram Əsgərovun xidmətlərinin dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər. Tədbirin sonunda Bəhram Əsgərovun ailəsi adından Azərbaycan Tibb Universitetinin dosenti Şmid Qasımov, Bəhram Əsgərovun qızı Fəridə Səfərova çıxış edərək BDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, BDU Elmi Kitabxanası da akademik Bəhram Əsgərovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edib.

Oxşar xəbərlər

Bütün xəbərlər