Xəbər lentiwidget-title-icon

Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
Prezident Zirvə görüşündə iştirak etdi - FOTO - YENİLƏNİB
Bağçalara qəbul DAYANDIRILDI
MTI teatr təhsilinə psixi sağlamlıq savadlılığını daxil edir
Məktəbdə şagirdin döyülməsi ilə bağlı BŞTİ-dən AÇIQLAMA
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ olacaq
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA
"Qərbi Azərbaycana Qayıdış" festivalı yeni tədqiqat istiqamətləri yaradıb – Rektor
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir
Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
II və III qruplar üçün qəbul imtahanı keçiriləcək
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək
STK-da "Yaşıl kollec" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Hər ay maddi mükafat alan alimlərin sayı 500-ə qədər artırılır
24 mayda qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Azərbaycan dilinin regionda əsas ünsiyyət vasitəsi olmasını hədəfləmişik - Nazir
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Kolleclərdə tibb bacısı ixtisasının ləğvi - “Kadr çatışmazlığı yaradacaq”
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Peşə məktəblərində yeni ixtisas standartları hazırlanacaq
Təhsil Nazirliyi 5 aylıq xidmətə görə 3 milyon manat ödəyəcək
WUF13 Festivalı başa çatıb

FHN Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları müasir mərhələdə” mövzusunda tədbir keçirilib.

Nazirlikdən "tehsilmedia.info"a verilən məlumata görə, tədbirdə FHN-in Akademiyasının rəhbərliyi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarəsi rəisi Azadi Quliyev, Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin əməkdaşları, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov çıxışında Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət almasının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, hələ keçmiş sovetlər ittifaqının tərkibində olarkən respublikamızın inkişaf perspektivlərinin elmi sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu müdrik uzaqgörənliklə görən Ulu Öndər İKT sahəsinə xüsusi diqqət ayırıb, məhz bunun nəticəsində telekommunikasiya sahəsinə böyük həcmdə xarici investisiyalar yatırılıb.

Azərbaycanın İKT sahəsindəki fəaliyyətinin məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirildiyini bildirən Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin İKT sahəsində böyük uğurlara imza atdığını, Azərbaycanda kosmik sənayenin yaradıldığını məmnunluq hissi ilə dilə gətirib. Hazırda Azərbaycan hər bir sahədə olduğu kimi, İKT sahəsində də özünün inkişaf, tərəqqi dövrünü yaşayır.

İKT-in ayrılmaz tərkib hissəsi sayılan rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun ölkəmizdə inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən danışan Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəis müavini Fuad Mehbalıyev əlavə edib ki, bu gün ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinə böyük diqqət göstərilir. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyində də İKT sektoru daim yenilənir, daha müasir texnoloji avadanlıqlarla təchizata xüsusi əhəmiyyət verilir, yeni mütəxəssislər cəlb olunur. Buna misal olaraq ötən il bu sahədə Nazirliyin fəaliyyətini təmin edən Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin yaradılmasını göstərmək olar.

Çıxış edən digər natiqlər də Ümummilli Liderin Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, İKT-nin, o cümlədən informatika və kompüter elmlərinin, internet texnologiyalarının və s. inkişafı istiqamətlərində yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığından söhbət açıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər