Xəbər lentiwidget-title-icon

Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"

İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib

İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib

Sentyabrın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “Çinar yayımları” və “Təhsil” nəşriyyatının təşkilatçılığı ilə İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib.

tehsilmedia.info xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda, elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaqdır.

Forumda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 1870-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

Tədbirdə çıxış edən “Çinar yayımları” nəşriyyatının təsisçisi Bəhram Oruclu təhsil sistemində ibtidai təhsilin rolu və forumun müəllimlərə verəcəyi töhfələr barəsində məlumat verdikdən sonra “Çinar yayımları” və AGMA haqqında təqdimat edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışıb. Deputat Ümummilli Liderin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini, müəllim əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Q.Paşayeva ölkəmizdə təhsilə, müəllimə xüsusi diqqət göstərildiyini deyib. O, şərəfli peşə sahibi olan müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Cəbi Quliyev Ümummilli Lider Heydər Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi xüsusi qayğıdan bəhs edib. O, ölkəmizdə təhsilin inkişafı üçün geniş imkanlar yaradıldığını bildirib.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında qeyd edib ki, hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar aparılır: müəllimlər, məzmun və qiymətləndirmə. İslahatların bir çoxu məhz ibtidai sinif müəllimləri ilə bağlıdır.

R.Əzizov diqqətə çatdırıb ki, ilk dəfə olaraq keçən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması həyata keçirildi. Müəllimlərin 80 faizi bu prosesdən uğurlu keçdi. Sertifikatlaşdırma həm də müəllimlərin öz maaşlarını artırması üçün bir imkandır. Sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilib. Müəllimlərin böyük hissəsi ikinci dəfə sertifikatlaşdırma prosesindən uğurla keçib.

Daha sonra spikerlər müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün maraqlı mövzularla çıxış ediblər. Spikerlərin çıxışları ibtidai sinif müəllimlərinə peşələrinə müxtəlif istiqamətlərdən yanaşmasına və yeni, faydalı məlumatlar almasına kömək edib.

Bu forum vasitəsilə müəllimlər təhsil sahəsində daha böyük nailiyyətlərə nail olmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bir araya gəliblər. Müəllimlərin təcrübələrini bölüşməsi və əməkdaşlıq etməsi təhsil sahəsində inkişaf üçün böyük əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Bütün xəbərlər