Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Bəşəriyyəti gözləyən təhlükələr – Xəbərdarlıq

Bəşəriyyəti gözləyən təhlükələr – Xəbərdarlıq

2018-ci ilin bu günü 76 yaşında vəfat edən dünyaca məşhur ingilis fiziki Stiven Hokinq ümumi nisbilik nəzəriyyəsi və qara dəliklər mövzusunda apardığı araşdırmalarla şöhrət qazanıb.

Lakin Hokinq tez-tez öz tədqiqat sahəsindən kənara çıxaraq qarşıdakı dövrlərdə bəşəriyyəti gözləyən problemlərə və ekzistensial təhlükələrə diqqət çəkib.

Onun bu məsələlərlə bağlı açıqlamaları mətbuatın manşetlərində olsa da, bəzən mübahisələrə səbəb olub.

Onlardan bəzilərini təqdim edirik:

Başqa planetlərdə yerləşmək

Hokinq onilliklərdir ki, bəşəriyyət başqa planetlərdə daimi məskunlaşmaq üçün hərəkətə keçməlidir deyirdi.

Onun bu bəyanatları tez-tez manşetlərə çıxarılırdı.

Hokinqin fikrincə, bəşəriyyəti Yer kürəsindən siləcək hadisələrdən xilas olmaq mümkün deyil. Bu hadisələrə meteorit zərbəsi kimi kosmik hadisələr, eləcə də süni intellekt, iqlim dəyişikliyi, geni dəyişdirilmiş viruslar və ya nüvə müharibəsi kimi hadisələr daxil ola bilər.

2016-cı ildə BBC-yə danışan Hokinq “Yer kürəsində ildə bir fəlakət ehtimalı çox aşağıdır. Amma bu ehtimal böyük bir zaman müddətində artır və min, 10 min il kimi zaman aralığında qətiləşir” deyib.

Bu müddət ərzində bəşəriyyətin bütün kainata yayıla biləcəyinə inanan Stiven buna baxmayaraq, növbəti 100 il üçün insanlara xəbərdarlıq edib:

“Biz qarşıdakı yüz il ərzində kosmosda özünü təmin edən koloniyalar yaradacaq texnologiyaya çata bilməyəcəyik, ona görə də, bu müddətdə çox diqqətli olmalıyıq”.

Stiven Hokinq yer üzündəki həyat üçün ən böyük təhlükələrdən birinin iqlim dəyişikliyindən qaynaqlanacağını düşünürdü.

Robotların dünyaya hökmü

Stiven Hokinq süni intellektin yaratdığı imkanların fərqində olsa da, təhlükələrə qarşı da xəbərdarlıq edirdi. O, süni intellektin tam inkişafının bəşəriyyətin sonu ola biləcəyini söyləmişdi.

Hokinqin fikrincə, bu günə qədər hazırlanmış sadə süni intellekt çox faydalı olub. Bu, insanlarla danışmağa imkan verən süni intellekt proqramı idi. Lakin o, ağıllı robotların inkişaf etmiş formalarının insanlardan üstün ola biləcəyini düşünürdü.

Yadplanetlilərin qəzəbi

2010-cu ildə Discovery Channel-a danışan fizik yadplanetlilərin Yer kürəsini resurslarına görə talayıb yoluna davam etmə ehtimalından narahat olduğunu söyləyib:

“Əgər yadplanetlilər bizə baş çəksələr, bu, Kristofer Kolumbun Amerikaya ayaq basması kimi olacaq. Çünki bu, yerli amerikalılar üçün yaxşı olmadı”.

Hokinq ağıllı varlıqların bizim tanımaq istəməyəcəyimiz şeylərə necə çevrilə biləcəyini görmək üçün sadəcə özümüzə baxmağın yetərli olduğunu bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər