Kolleclərə ixtisas seçimi nə vaxt elan olunacaq? - DİM CAVAB VERDİ

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçiminin elan olunacağı vaxt açıqlanıb.
tehsilmedia.info xəbər verir ki, bu barədə azedu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM-dən bildirilib ki, növbəti həftənin əvvəlində ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçimi tarixləri elan olunacaq.
Qeyd edilib ki, ixtisas seçiminin gecikməsinə səbəb qabiliyyət imtahanlarının yekunlaşmasını gözləməklə əlaqədardı.



























